Azərbaycandakı erməni əsir başqa dövlətdən sığınacaq istəyib
“Beynəlxalq hüquqa görə, əsir düşmüş azərbaycanlı ilə əsir düşmüş ermənini eyniləşdirmək olmaz.
Azərbaycanlı öz ölkəsi daxilində hərbi xidmətdə olub, erməni isə Ermənistandan orduya çağırılıb və aldadılaraq Qarabağa göndərilib. Hazırda hər iki əsirin qaytarılması ilə bağlı iş gedir”.
APA-nın məlumatına görə, bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudun Sadıqov Azərbaycan Ordusunun hazırda Ermənistanda əsirlikdə olan əsgəri Rafiq Həsənovun və Azərbaycanda əsirlikdə olan erməni Paruyr Simonyanın qarşılıqlı dəyişdirilməsinin mümkünlüyü ilə bağlı suala aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, beynəlxalq hüquqda əsir düşmüş şəxsin istəyi olmadan onun məcburi sürətdə öz ölkəsinə göndərilməsi qadağandır: “Bizdə olan məlumatlara görə, azərbaycanlı əsirin sağlamlıq durumu normaldır. Şübhəsiz ki, bütün təfərrüatlar o əsirlikdən qaytarılandan sonra məlum olacaq. Hazırda Rafiq Həsənovun ölkəyə qaytarılması üçün işlər davam etdirilir. Erməni əsirə gəldikdə o, şəxsən başqa dövlətdən sığınacaq almaq üçün müraciət edib”.
F. Sadıqov R. Həsənova Ermənistanda işgəncə verilməsi haqqında faktların həqiqətə uyğun olmadığını bildirib; “Bəzən mətbuatda təəccüb doğuracaq məlumatlar yayılır. Bəzi insanlar özlərini hərbi ekspert elan etməklə Ermənistanda olan əsirlərin taleyi ilə bağlı məlumat yayırlar. Dövlət Komissiyasında 1992-95-ci illərdə əməliyyatlar gedən zaman 783 nəfərin ermənilər tərəfindən sağ əsir götürülməsi ilə bağlı məlumatlar var. Əgər bu ekspertlərin belə imkanları varsa, bu insanların taleyindən xəbər versinlər. Mətbuatda yayılan belə məlumatlar şübhəsiz ki, sensasiya xarakteri daşıyır”.

1423