Ruhi xəstəxananın baş həkimi: “Emin Abbasova çox yaxşı qulluq etmişik”
Fevralın 23-də “Lent.az” internet saytında “Bakıda ruhi xəstəxanada tükürpədici olay!” başlıqlı yazı yer alıb. Həmin yazı sayta yerləşdirilərkən adıçəkilən xəstəxanadan məsələyə münasibət bildirən olmamışdı.
Bu gün xəstəxananın həkimi, materialda adı hallanan Zeynəb Səmədova Lent.az-a müraciət edərək, Solmaz Abbasovanın dediklərini təkzib edib: “Mən məzuniyyətdə olduğumdan həmin gün sizinlə danışa bilməmişəm. Solmaz Abbasovanın dedikləri tamamilə yalandır. Onun oğlu Emin Abbasov bizim xəstəxanada 10 ildir, yatır. Biz ona çox yaxşı qulluq etmişik. Onun dedikləri heç yerdə öz təsdiqini tapmayıb. Mən 30 ildir, həkim işləyirəm və ən böyük arzum xəstələrin sağalmasıdır. Heç bir həkim xəstəsinə ziyan vurmaq istəməz”.
Qeyd edək ki, Bakı sakini Solmaz Abbasova Lent.az-a müraciət edərək, həmin xəstəxanada yatan oğlu, 1978-ci il təvəllüdlü Emin Abbasağa oğlu Abbasovun həkimlərin sifarişi ilə işgəncələrə məruz qaldığını və zorlandığını bildirmişdi.
Şəhriyar Əlizadə

1114