“Ekstazi işi”ndə şok qərar
25 fevral 2009 17:00 (UTC +04:00)

“Ekstazi işi”ndə şok qərar

Təqsirləndirilən Mahir Mirsalamlı barəsində cinayət işi dayandırılıb

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamlı, Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə
Təqsirləndirilən Mahir Mirsalamlının xəstəliyi ilə bağlı keçirilən tibbi-ekspertizanın rəyi açıqlanıb. Hakim A. Orucovun təqdim etdiyi rəydə qeyd olunub ki, 1986-cı il təvəllüdlü Mahir Mirsalamlı dünyaya gəldiyi zaman ağır travma alıb, bunun nəticəsində hazırda xroniki xəstəlik daşıyır, onda damar genişlənməsi, bunun nəticəsinə özündəngetmələr baş verir. Rəydə, həmçinin adı çəkilən şəxsin Ədliyyə Nazirliyinin Müalicə Müəssisəndə müayinə edilməsinin lazım olduğu bildirilib.

Rəy açıqlanandan sonra Mahir Mirsalamlının vəkili Nərminə Məmmədova vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin barəsində açılan cinayət işinin dayandırılmasını xahiş edib. Prosesdə vəsatətlə bağlı müzakirələr aparılıb. Digər təqsirləndirilən şəxslərin vəkilləri vəsatətin təmin olunmasına razılıq veriblər. Dövlət ittihamçısı Nəriman Ələkbərov M. Mirsalamlının xəstəliyinin prosesə maneçilik törətdiyini əsas gətirərək, vəsatətin təmin olunmasını istəyib.

Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdan məhkəmə M. Mirsalamlının barəsində açılan cinayət içinin o sağalana qədər dayandırılması barədə qərar çıxarıb.

Bundan sonra dövlət ittihamçısı istintaqda adı hallanan daha iki nəfərin prosesə şahid qisminə çağırılması ilə bağlı vəsatət qaldırıb. Bu vəsatət təqsirləndirilən şəxslərin vəkillərinin etirazına səbəb olub. Məhkəmə vəsatəti təmin etməyib.
Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, ittiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2248

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45