Baş Prokurorluq: Generalın qətli ilə bağlı saxlanılan yoxdur
Müdafiə nazirini müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayevin qətli ilə bağlı istintaq hərəkətləri davam edir.
Bu barədə Lent.az-a Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. E. Sultanov qətllə bağlı üç nəfərin tutulması barədə məlumatı təkzib edib: “Qəti olaraq bildiririk ki, hadisə ilə bağlı tutulan, saxlanılan yoxdur, hazırda birgə əməliyyat qrupu istintaqı davam etdirir”.
Qeyd edək ki, general-leytenant Rail Rzayev bu il fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Baş prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu yaradılıb.

Oxşar yazılar

Sumqayıtda küçədə meyit tapıldı
2 aprel 2025 , 20:33
Göyçayda DƏHŞƏT: Bayrama gedən kişi özünü doğradı
2 aprel 2025 , 19:33
Xarici dövlət rəsmisinə Bakıda sui-qəsd planlaşdıranlara hökm oxundu
2 aprel 2025 , 18:02
Şərurlu İsfəndiyar məhkəməyə verildi
2 aprel 2025 , 17:55
Azərbaycanlı biznesmeni güllələyib öldürən killer tutuldu - YENİLƏNİB
2 aprel 2025 , 17:20
Bakıda küçənin ortasında QULDURLUQ: bıçaqla hədələyib pulunu aldı
2 aprel 2025 , 14:20
Ələsgər Məmmədli ev dustaqlığına buraxıla bilər - "Toplum TV" işi üzrə məhkəmə başladı
2 aprel 2025 , 13:08