Sumqayıt Sosial Təminat Şöbəsində kürəkən qayınanasını döyüb
Qohumlar idarəyə iş üçün gediblərmiş
Azərbaycanın Sumqayıt şəhərində dövlət müəssisəsinin inzibati binasında dava düşüb.
Lent.az-ın məlumatına görə, hadisə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Sosial Təminat Şöbəsində baş verib. Sumqayıt şəhər sakini Ağayeva İlahə Müzəffər qızı sözügedən idarənin inzibati binasında keçmiş kürəkəni Elşən Yusif oğlu Heydərov tərəfindən döyülüb. Zərərçəkənin müxtəlif bədən xəsarəti aldığı bildirilir.
Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a faktı təsdiqləyiblər. İdarədən bildirilib ki, hadisənin iştirakçıları Sosial Təminat Şöbəsində çalışmır. Onlar sözügedən ünvana iş dalınca gediblər. Polis İdarəsindən, həmçinin hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilib. Faktla bağlı Sumqayıt polisi tərəfindən araşdırma aparılır.
Hafiz Heydərov

Oxşar yazılar

Sumqayıtda küçədə meyit tapıldı
2 aprel 2025 , 20:33
Göyçayda DƏHŞƏT: Bayrama gedən kişi özünü doğradı
2 aprel 2025 , 19:33
Xarici dövlət rəsmisinə Bakıda sui-qəsd planlaşdıranlara hökm oxundu
2 aprel 2025 , 18:02
Şərurlu İsfəndiyar məhkəməyə verildi
2 aprel 2025 , 17:55
Azərbaycanlı biznesmeni güllələyib öldürən killer tutuldu - YENİLƏNİB
2 aprel 2025 , 17:20
Bakıda küçənin ortasında QULDURLUQ: bıçaqla hədələyib pulunu aldı
2 aprel 2025 , 14:20
Ələsgər Məmmədli ev dustaqlığına buraxıla bilər - "Toplum TV" işi üzrə məhkəmə başladı
2 aprel 2025 , 13:08