Qadın yeni doğulan körpəsini 100 manata satdı
Dilənçi qadın bu addımı xəstəxanaya olan borcunu ödəmək üçün atıb
Hindistanda dilənçi qadın yeni doğulan körpəsini 6 min rupiyə (100 manat) satıb.
Lent.az-ın “ABC News”a istinadən məlumatına görə, 20 yaşlı Racita adlı qadın bu addımı xəstəxanaya olan borcunu ödəmək üçün atıb. Belə ki, zavallı qadının körpəsini dünyaya gətirdiyi xəstəxananın xərclərini ödəməyə imkanı olmayıb. O, çıxış yolu kimi yenicə doğulan oğlunu uşağı olmayan ailəyə satmaqda görüb. Onun xəstəxanaya 2 min rupi borcu olub.
Faktla bağlı polisə məlumat daxil olub. Yerli polis xəstəxana ilə bağlı cinayət işi başlamağa hazırlaşır. Sosial işçilər körpənin ana südü ilə qidalanması üçün onun anasına qaytarılmasını istəyirlər.
Daha sonra qadın dövlət himayəsinə götürüləcək, orada Racitanın körpəsini öz yanında saxlayacağı və ya övladlığa verəcəyi məsələsi həll olunacaq.

1034