“Yeni Müsavat”ın redaktoru “Ergenekon”la bağlı istintaqa aparılıb?
20 fevral 2009 21:30 (UTC +04:00)

“Yeni Müsavat”ın redaktoru “Ergenekon”la bağlı istintaqa aparılıb?

“Ergenekon” prokurorlarının tələb etdiyi Zabil Müqabiloğlu Türkiyədədir

“Yeni Müsavat” qəzetinin redaktoru Zabil Müqabiloğlu Türkiyədə gedib. Lent.az-a daxil olan məlumata görə, redaktorun səfərinin “Ergenekon” işi ilə bağlı ifadə vermək məqsədi daşıması mümkündür.

Lent.az-da məlumat vermişdik ki, Türkiyə dövləti Müqabiloğlunu “Ergenekon” işi üzrə ifadə vermək üçün Azərbaycan dövlətindən istəyə bilər. Fevralın 16-da Türkiyənin SHOW.TV, ATV, Kanal D, Ölkə TV telekanalları bu barədə məlumat yaymışdı.

Həmin məlumatlarda, bu günlərdə Türkiyədə səfərdə olan və Silivri həbsxanasında general Vəli Kiçikdən müsahibə götürən Müqabiloğlunun barəsində belə bir qərarın “Ergenekon” işinin aparan prokurorlar tərəfindən verildiyi bildirilir. Prokurorlar bu müsahibənin necə baş tutmasını və general Vəli Kiçiyin Z.Müqabiloğluna müsahibənin dərc olunan hissəsindən başqa, daha nələri dediyini araşdırmaq qərarına gəliblər. Buna görə də Türkiyə hökumətindən Müqabiloğlunun Türkiyəyə çağırılmasının mümkünlüyü barədə rəsmi Bakı ilə danışmağı istəyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1232

Oxşar yazılar