“Sarmat-1” gəmisi Rusiyaya qaytarılacaq
Bununla bağlı razılıq əldə olunub
Rusiyaya məxsus, ötən il dekabrın 15-də Azərbaycan dənizçiləri tərəfindən xilas edilən “Sarmat-1” gəmisinin Rusiyaya qaytarılması ilə bağlı razılıq əldə olunub.
Lent.az-ın məlumatına görə, bu barədə ANS-ə Xəzər Dəniz Neft Donanmasından bildirilib. Hazırda Bakı limanında olan gəminin gələn həftə qaytarılacağı gözlənilir.
Dövlət Dəniz Administrasiyasının gəmi heyəti şöbəsinin müdiri Ehtiram Rəhimov isə gəminin səfərini davam etməsi üçün bütün texniki və təhlükəsizlik tədbirləri görüldüyünü deyib. Onun sözlərinə görə, problem yalnız hüquqi müstəvidədir: “Hazırda beynəlxalq arbitraj tərəfindən iddiaçının maliyyə məsələləri həll olunur. Cavabdeh tərəf ödəmədən imtina edir. Bu gün texniki cəhətdən gəmi səfərə hazırdır. Yalnız iqtisadi-maliyyə məsələləri həll olunduqdan sonra gəmi səfərinə davam edəcək”.
Qeydə edək ki, Dübəndi limanından 30 mil aralıda batmaq təhlükəsi ilə üzləşən gəmini Xəzər Dəniz Neft Donanmasına məxsus Azərbaycanın Vadim Seyidov yedəkli gəmisi xilas etmişdi.

Oxşar yazılar

“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru barəsində həbs qərarı - YENİLƏNİB
1 iyul 2025 , 18:07
Məktəbli pensiyaçını güllələdi
1 iyul 2025 , 17:57
Polis onlara "qaz yerişi" yeritdi -VİDEO
1 iyul 2025 , 15:49
Bakıda cinayətdə şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstə saxlanıldı -VİDEO -FOTOLENT
1 iyul 2025 , 15:39
Serial təcavüzkar və qatil 57 ildən sonra həbs edildi
1 iyul 2025 , 15:13