SENSASİYA! Atlantik okeanının dibində batmış dünya tapıldı
Platonun rəvayət etdiyi Atlantida ötən gecə kəşf edilib
Google Earth proqramı sayəsində Atlantik okeanında təsbit edilən “sirli” şəkillər bir zamanlar yer üzündən silinmiş Atlantida qitəsinin xarabalıqları ola bilər. Lent.az-ın məlumatına görə, bu sensasion xəbəri İngiltərədə çıxan “The Sun” qəzeti yayıb.
Ötən gecə baş vermiş bu qeyri-adi kəşf okeanoloqları və geofizikləri hərəkətə gətirib. Xarabalıqlar olduğu güman edilən sualtı şəkillər, xəritədə Afrika qitəsinin qərb sahillərindən 997 kilometr məsafədə yer alır.
Fotolarda görülen “qüsursuz” dördbucaqlı şəkillərin ölçücə Uels böyüklükdə olduğu və 4 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Bir-biri ilə kəsişən görünən xətlər xəritəni andırır. Təsvirlərin təbii yolla əmələ gələ bilməyəcək qədər dəqiq olması diqqət çəkir.
Atlantidadan bəhs edən filosof Platon, qitənin e.ə. 9700-cü ildə, yəni təxminən 12 min il öncə sulara qərq olduğunu yazırdı. Nyu-York Universitetinin arxeologiya üzrə kuratoru doktor Çarlz Orser, kəşfi “heyrətamiz” adlandırıb. O, “Təsvirlər Platonun tərif etdiyi ərazidədir. Daha yaxından tədqiqat və araşdırma aparmağı tələb edən ciddi bir məsələdir” - deyib.
İndiyədək elm adamları hesab edirdilər ki, Platonun dialoqlarında batmış bir qitə olaraq rəvayət edilən Atlantida, filosof tərəfındən öz siyasi nəzəriyyələrini anlatmak üçün uydurulmuş bir əfsanədir. Dünyanın hər yerində alimlər bu qitənin gerçək ola biləcəyinə dair çoxsaylı araşdırmalar aparsalar da, dünənədək qəti bir sübut tapılmamışdı…

Oxşar yazılar

Yekaterinburqdakı azərbaycanlıların öldürülməsi və işgəncəyə məruz qalmaları ilə bağlı CİNAYƏT İŞİ AÇILDI
1 iyul 2025 , 12:55
Məhkəmə Bakir Səfərovu həbsdə saxlayıb -FOTOLENT -VİDEO
1 iyul 2025 , 12:53
Şirvan kanalında 91 yaşlı kişi, Qarabağ kanalında yeniyetmə batdı - VİDEO
1 iyul 2025 , 12:41
Yekaterinburqda öldürülən Ziyəddinin qabırğalarından biri tapılmayıb - RƏSMİ
1 iyul 2025 , 11:51
Sərhəddə 7,5 milyon manatlıq qaçaqmal tutulub
1 iyul 2025 , 11:24
Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olundu -VİDEO
1 iyul 2025 , 10:11
Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32