“Məcidova bacılarını oğurlayıb, polis rəisinin müavininə verdik”
İsmayılov qardaşları Nailə və Reyhanə Məcidova bacılarını öldürmədiklərini bildiriblər
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Dəvəçi rayonun Dağbilici kənd sakinləri Reyhanə və Nailə Məcidovları qətlə yetirməkdə təqsirləndirilən Təvəkkül, Elnur, Elçin İsmayılov qardaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin nümayəndələri və təqsirləndirilən şəxslərin qohumları iştirak etməyiblər.
Məhkəmədə təqsirləndirilən Təvəkkül İsmayılov çıxış edərək, cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib: “Mən özümü qismən təqsirli bilirəm. Reyhanə və Nailə Məcidova bacılarını oğurlayıb, Dəvəçi Rayon Polis İdarəsinin rəis müavini Məmmədmusa Musayevə vermişəm. Bunu etiraf edirəm. Digər məsələlərdən xəbərim yoxdur. İstintaq zamanı müstəntiq əvəzimdən ifadə yazıb, mənə imzalatdırıb”.
Elnur İsmayılov da qardaşının fikri ilə razı olduğunu deyib və məhkəməyə zərərçəkmişlərin gətirilməsini istəyib. Hakim vəsatətini qəbul edərək, prosesi fevralın 23-nə kimi təxirə salıb.
Qeyd edək ki, İsmayılov qardaşlarının cinayət işində 11 zərərçəkmiş, 33 nəfər isə şahid var. İttiham aktına əsasən, qardaşlar Məcidova bacılarından başqa digər qızları da zorlayaraq qətlə yetiriblər.
2007-ci ilin avqustun 6-da qətlə yetirilən Nailə və Reyhanə Məcidova bacılarından birincisinin meyiti avqustun 9-da Samur-Abşeron kanalından tapılsa da, Reyhanənin meyiti tapılmayıb.
Şəhriyar Əlizadə

Oxşar yazılar

Rüşvət alan hərbi komissarlarla bağlı RƏSMİ AÇIQLAMA
2 aprel 2025 , 10:26
Neftçalada narkokuryerdən 9 kq heroin götürüldü
2 aprel 2025 , 09:34
Sumqayıtda yataqxanada yanğın: 14 nəfəri... -VİDEO
2 aprel 2025 , 09:18
Goranboyda 61 yaşlı qadın sirkə turşusu içdi
2 aprel 2025 , 08:21
Sumqayıtda şüşə istehsalı sexi yandı - VİDEO
1 aprel 2025 , 22:28
Bakıda uşaq sığınacağında VİRUS YAYILDI
1 aprel 2025 , 21:54
Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə verdi: Meyitləri çıxaranda yaralandım
1 aprel 2025 , 19:29