Sumqayıtda 11 yaşlı qız polisi ayağa qaldırıb
İki günlük nəticəsiz axtarışdan sonra... qız özü evlərinə dönüb
Azərbaycanın Sumqayıt şəhərində 11 yaşlı qız polisi ayağa qaldırıb. Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, şəhərin Z.Tağıyev qəsəbəsinin sakini Solmaz Babayeva fevralın 14-də polisə müraciət edərək, qızı, 1998-ci il təvəllüdlü Yeganə Babayevanın itkin düşməsi barədə məlumat verib. Anası müraciətində qızının səhər saat 8-də dərsə getmək adı ilə evdən çıxdığını və bir daha geri dönmədiyini bildirib.
11 yaşlı qızın yoxa çıxması ilə əlaqədar dərhal əməliyyat qrupu yaradılıb və onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Aparılan axtarış tədbirləri heç bir nəticə verməyib.
İki gün sonra isə Y.Babayeva özü evə qayıdıb. Polis itkin düşmüş qızın azyaşlı olmasını nəzərə alaraq, onun iki gün ərzində harada olması barədə heç bir məlumat verməyib.
Hafiz Heydərov

Oxşar yazılar

5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05
Dövlət əleyhinə çağırışlara görə saxlanılan Mirədalət Talışxanovun məhkəməsi başladı
17 iyul 2025 , 16:53
Bakıda 3 prokuror işdən çıxarıldı
17 iyul 2025 , 16:11
Məşhur velosipedçi yarış zamanı öldü
17 iyul 2025 , 15:23
İki bacı çayda boğulub öldü
17 iyul 2025 , 14:26
Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: özü və nəvəsi öldü - YENİLƏNİB
17 iyul 2025 , 14:16