Sumqayıtda bir gündə iki intihar
Fevralın 15-də Azərbaycanın Sumqayıt şəhərində iki nəfər özünü öldürüb.
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, intihar hadisələrindən biri şəhərin 2-ci məhəlləsində yerləşən “Lalə” kafesinin yanında qeydə alınıb. Sumqayıt şəhər sakini, 50 yaşlı Azad Rəşid oğlu Səfərov özünü ağacdan asaraq, intihar edib. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.
Başqa bir intihar hadisəsi isə Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib. Qəsəbə sakini, 1977-ci il təvəllüdlü Zahid Hacıqulu oğlu Quliyev özünü yaşadığı evin həyətindəki yardımçı tikilinin tirindən kəndirlə asıb. Mərhumun özünü öldürməsinin səbəbləri hələlik məlum deyil. Hər iki fakt üzrə Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, son iki gündə Bakı şəhərində də üç intihar hadisəsi qeydə alınıb.

Oxşar yazılar

İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05
Dövlət əleyhinə çağırışlara görə saxlanılan Mirədalət Talışxanovun məhkəməsi başladı
17 iyul 2025 , 16:53
Bakıda 3 prokuror işdən çıxarıldı
17 iyul 2025 , 16:11
Məşhur velosipedçi yarış zamanı öldü
17 iyul 2025 , 15:23
İki bacı çayda boğulub öldü
17 iyul 2025 , 14:26
Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: özü və nəvəsi öldü - YENİLƏNİB
17 iyul 2025 , 14:16
Polis maşınında özünü GÜLLƏLƏDİ
17 iyul 2025 , 13:42