Bakıda 9 marketi soyan iki nəfər yaxalanıb
Onlardan biri qadındır
Bakının Suraxanı rayonunda oğurluqda təqsirləndirilən şəxslər həbs olunub.
Suraxanı Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saxlanılan şəxslər 1987-ci il təvəllüdlü Sanel Muxtar oğlu Nəsirov və 1985-ci il təvəllüdlü Rəna Xanlar qızı Aslanovadır.
Araşdırmalar zamanı onların yanvar-fevral ayları ərzində Bakı şəhərində yerləşən marketlərdən oğurluq edərək, vətəndaşlara külli miqdarda ziyan vurduqları müəyyənləşib.
İlkin məlumatlara görə, onların qarət etdikləri marketlərin 7-si Suraxanı, 2-si isə Sabunçu rayonu ərazisində yerləşir. Hazırda saxlanılan şəxslərin başqa oğurluq yerlərdən oğurluq edib-etməmələri ilə bağlı araşdırma aparılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Şəhriyar Əlizadə

Oxşar yazılar

İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05
Dövlət əleyhinə çağırışlara görə saxlanılan Mirədalət Talışxanovun məhkəməsi başladı
17 iyul 2025 , 16:53
Bakıda 3 prokuror işdən çıxarıldı
17 iyul 2025 , 16:11
Məşhur velosipedçi yarış zamanı öldü
17 iyul 2025 , 15:23
İki bacı çayda boğulub öldü
17 iyul 2025 , 14:26
Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: özü və nəvəsi öldü - YENİLƏNİB
17 iyul 2025 , 14:16
Polis maşınında özünü GÜLLƏLƏDİ
17 iyul 2025 , 13:42