Ata 1 yaşlı qızını döşəməyə çırparaq öldürdü
Buna körpənin çox ağlaması səbəb olub
Türkiyənin Ağrı vilayətinin Şərqi Bəyazid rayonunda ata 1 yaşlı körpəsini qətlə yetirib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, körpənin çox ağlamasından qəzəblənən 28 yaşlı Ayxan Tanrıqulu uşağını yerə çırparaq öldürüb. Hadisə şənbə günü baş verib.
Gecəyarısı qızı Asiyanın ağlamaq səsinə oyanan Ayxan Tanrıqulu onu qucağına alıb və evin döşəməsinə çırpıb. Körpə yerindəcə keçinib. Hadisə qızın anası, 29 yaşlı Söyləməz Tanrıqulunun gözləri qarşısında baş verib.
Ata doğma qızını öldürəndən sonra cəsədini həyətdə basdırıb. Ertəsi gün Söyləməz Tanrıqulu hadisə barədə əvvəlcə qonşularına, sonra polisə məlumat verib. Bundan dərhal sonra Ayxan Tanrıqulu tutulub. O, polisə ifadəsində “səsə yuxudan oyandım, nə etdiyimi xatırlamıram”,- deyib.

Oxşar yazılar

İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05
Dövlət əleyhinə çağırışlara görə saxlanılan Mirədalət Talışxanovun məhkəməsi başladı
17 iyul 2025 , 16:53
Bakıda 3 prokuror işdən çıxarıldı
17 iyul 2025 , 16:11
Məşhur velosipedçi yarış zamanı öldü
17 iyul 2025 , 15:23
İki bacı çayda boğulub öldü
17 iyul 2025 , 14:26
Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: özü və nəvəsi öldü - YENİLƏNİB
17 iyul 2025 , 14:16
Polis maşınında özünü GÜLLƏLƏDİ
17 iyul 2025 , 13:42