Prokuror müavini nalayiq hərəkətlərinə görə cəzalandırıldı
11 iyun 2010 11:00 (UTC +04:00)

Prokuror müavini nalayiq hərəkətlərinə görə cəzalandırıldı

Ramiz Quliyev prokurorluq orqanlarından xaric edilib

Goranboy prokurorunun müavini Ramiz Quliyev işdən qovulub. Lent.az-ın Baş Prokurorluğun rəsmi saytına istinadən məlumatına görə, buna səbəb R.Quliyevin sərxoş vəziyyətdə şəxsi avtomaşınını idarə etməklə, konkret vətəndaşlara qarşı nalayiq ifadələr işlətməsi, prokurorluq işçisi olması ilə onlara hədə-qorxu gəlməsi, bununla da prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verməsidir.

Bütün bunlar nəzərə alınaraq, R.Quliyev “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozduğuna görə Baş Prokurorluq üzrə 04 iyun 2010-cu il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilib.

Fərid Əkbərov
# 325

Oxşar yazılar