Hacı İbrahim qalmaqallı qətllə bağlı ifadə verib
Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi sona çatıb. Bu iş üzrə şahid qismində keçənlərdən biri də Azərbaycanın tanınmış iş adamı, “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmlidir. O, ibtidai istintaqa ifadəsində göstərib ki, qətlə yetirilən Ə.Piriyevi 1996-cı ildə Bakı şəhər 7 saylı Dəmir-Beton Zavodunun özəlləşdirilməsindən sonra orada işləyən mühəndis kimi tanıyib.
“Əflatun Piriyev Gürcüstandan olmaqla Vakı şəhərində yaşayırdı. Xarakter etibarı ilə kobud, çılğın bir şəxs olsa da, işində məsuliyyətli, təmiz, tapşırılan işi vaxtlı-vaxtında yerinə yetirən və ən çox inandığım, hörmət etdiyim işçi olub. Onunla ancaq işgüzar münasibətimiz olub. 2005-ci ildə Əflatun Piriyev məni həmyerlisi Məmmədov Hümbət Asan oğlu ilə tanış etdi. Söhbət əsnasında məlum oldu ki, Hümbət Məmmədov Rusiyada kommersiya fəaliyyəti ilə məşğul olur və indi öz biznesini Azərbaycanda, BƏƏ-nin Dubay şəhərində genişləndirmək istəyir. Əflatun Piriyev həmin ərəfədə hündürmərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olduğu üçün onu da öz fəaliyyətinə şərik qoşmuşdu. Bu məqsədlə "Azər-Ross" MTK firmasını təsis etmişdilər. Onlar Bakı şəhəri, Teymur Əliyev küçəsi, 67/71 saylı ünvanda yerləşən ofisin 12-ci mərtəbəsini icarəyə götürmüşdürlər və hər ay kirayə pulu ödəyirdilər. İş prosesində onların hər-hansı bir işinə müdaxilə etməmişəm. Onların hər ikisi bu və ya digər məsələlərlə bağlı iş prosesində çətinlikləri olarkən köməklik göstərilməsi üçün mənə xahişlə müraciət edirdilər. İmkan daxilində təmənnasız onlara köməklik göstərmişəm. Lakin son bir ildə Hümbət Məmmədovun bəzi hərəkətləri, davranışı xoşuma gəlmirdi. Bunun üçün onu yaxına buraxmırdım. Ancaq mobil telefonuma tez-tez zəng edib müxtəlif xahişlər edirdi. Bu xahişlərin biri də o 2011-ci ilin təxminən aprel ayında olmuşdu. Məndən 135 min dollar dəyərində nisyə armatur götürdü və bir neçə gün sonra 50 min dolları qaytardı. 85 min dolları müxtəlif bəhanələr gətirərək qaytarmırdı. Bu günədək də borclu qalıb".
Hacı İbrahim Hehrəmli bildirib ki, 08.07.2011-ci ildə Türkiyəyə işgüzar səfərə gedib. İyulun 11-də isə Azərbaycandan ona mobil telefon vasitəsi ilə məlumat veriblər ki, “Avesta” konserninin 12-ci mərtəbəsində yerləşən “Azər-Ross” MTK-nın ofısinə iki nəfər naməlum şəxs gələrək təsisçilərindən biri Ə.Piriyevi öldürüblər, mühasibi Əmiraslan Əhmədovu isə yaralayıblar:
“Bu hadisə mənə çox pis təsir etdi, səfəri başa çatdırıb, Bakı şəhərinə gəldim. Əflatun Piriyevin hüzr mərasimində iştirak etdim. Mərhum Əflatun Piriyevin hüzr mərasiminə gedərkən mobil telefonuna Hümbət Məmmədov zəng edib dedi ki, niyə onunla maraqlanmıram? Ondan harada olduğunu soruşdum. Hümbət Məmmədov bildirdi ki, Nərimanov Rayon Polis İdarəsindədir, onu Əflatun Piriyevin ölüm işi ilə bağlı istintaqa cəlb ediblər. Bu işlə əlaqədar lazım olan sənədləri toplayıb verir. Həmçinin əlavə etdi ki, müəyyən öhdəliklər var, onları yerinə yetirməyə köməklik istədi. Cavab verdim ki, onun öhdəliklərinə mənim aidiyyatım yoxdur. Hümbət Məmmədov da dedi ki, əgər köməklik etməsəm başımı möhkəm ağrıdacaq. Ona dedim ki, əlindən nə gəlirsə etsin, nə bilirsə danışsın, bir daha məni narahat etməsin. Telefon danışığını bitirib yas mağarına daxil oldum. Hüzr yerində olarkən mərhumun yaxınları yanıma toplaşaraq dərd-qəmlərini bölüşdülər. Söhbət zamanı mənə məlum oldu ki, onlar bu işin sifarişçisi kimi Hümbətdən şübhələnirlər. Açığı, bu xəbər mənə çox təəccüblü gəldi, buna inana bilmədim. Onlara da məsləhət verdim ki, hadisələri qabaqlamasınlar, qoy istintaq özü araşdırmanı aparıb düzgün nəticəyə gəlsin. Bir neçə gün sonra televiziya ilə gedən məlumatlardan bildim ki, mərhum Əflatun Piriyevin ölümünü sifariş edən şəxs elə həqiqətən də Hümbət Məmmədovdur. Ancaq onun sifarişini yerinə yetirən şəxslərin kim olduğunu, onları haradan tanıdığını, bu işdə başqa kimlərin də iştirakı olduğunu bilmir”.
Hacı İbrahim ifadəsində qeyd edib ki, bu hadisə baş verənə kimi H.Məmmədovda hər-hansı markalı silah, döyüş sursatı, partlayıcı maddə görməyib. O, H.Məmmədovla Ə.Piriyevin şərikliyi haqda isə istintaqa bunları deyib: “Hümbət Məmmədov ilə Əflatun Piriyev şərikli Bakı şəhərində yaşayış binasının tikintisi ilə məşğul idilər. Yaratdıqları "Azər Ross" MTK, “Azər Ross İK” MTK-nın təsisçiləri olublar. 2011-ci ilin təxminən əvvəllərində mərhum Əflatun Piriyev yanıma gəlib Hümbət Məmmədov barəsində narazılıq etdi. Dedi ki, işləməyə imkan vermir, dələduzluq edir, gizlincə evləri satıb pulunu cibinə qoyur, camaatdan aldığı pulları kassaya mədaxil etmir. Bu məsələ mənə pis təsir etdi. Çünki həmin MTK-nın təsisçilərindən biri ailə üzvüm idi. Ona görə də belə qərara gəldim ki, təsisçilərin iclasını keçirərək bu məsələni araşdıraq. Bir neçə gündən sonra Hümbət Məmmədov Əflatun Piriyev ilə yanıma gəldilər və birlikdə bu məsələni müzakirə etdik. Təsisçilərin razılığı ilə bütün səlahiyyətləri Hümbət Məmmədovdan alıb Əflatun Piriyevə həvalə etdik. Bir neçə aydan sonra Əflatun Piriyev yanıma gələrək yenə də aralarında olan narazılıqdan danışaraq Hümbətlə artıq işləmək istəmədiyini, çoxlu fırıldaqçılıq etdiyini dedi. Ondan soruşdum ki, konkret nə edir. Əflatun Piriyev dedi ki, Hümbətin kassaya 1 milyon manata yaxın borcu var, müxtəlif bəhanələrlə pulu ödəmir. Bir sözlə, Əflatun Piriyevlə Hümbət Məmmədovun arasında pul mübahisəsi vardı və onlar bir-birləri ilə yola getmirdilər. MTK-da mənzillərin satışı ilə Əflatun Piriyev özü məsul idi. Onun imzası olmadan satılan mənzillərin hamısı saxtadır. Bu hadisədən sonra eşidib bildim ki, Hümbət Məmmədov saxta sənədlər əsasında qanunsuz evlərin satışı ilə məşğul olub, pullarını da özü mənimsəyib, hətta bir mənzili bir neçə vətəndaşa sataraq fırıldaqçılıq edib".
Qeyd edək ki, ittihama görə, ötən ilin iyulun 11-i saat 13:00 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. Aparılan əməliyyat araşdırmaları ilə məlum olub ki, Əflatun Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün onu öldürmək qərarına gələn həmtəsisçilərdən biri Hümbət Məmmədov bu məqsədlə Rusiya vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edib. Onlar may ayının sonlarında görüşüb, qətlin ilkin olaraq 36 min dollar müqabilində həyata keçirilməsinə razılaşıblar. Öz növbəsində, Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fərman Hacıyevə tapşırıb, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib. Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyib, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıb, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olub onu öldürüb, Əmiraslan Əhmədovu ağır yaralayıb hadisə yerindən qaçıblar.
Dəstə üzvləri Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 228.2-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli biliniblər.
musavat.com

7385