Ramil Səfərovun erməni zabitlə münaqişəsinin şok tarixçəsi - YENİLƏNİB
10 noyabr 2012 12:46 (UTC +04:00)

Ramil Səfərovun erməni zabitlə münaqişəsinin şok tarixçəsi - YENİLƏNİB

Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan və prezident tərəfindən azadlığa buraxılan Ramil Səfərovun işi ilə bağlı şok təfərrüatlar yayılıb.

Belə ki, Ermənistanın "Panorama.am“ saytı ilk dəfə olaraq Azərbaycan zabitinin məhkəmə qərarını açıqlayıb. Saytın iki hissəyə ayırdığı yazıda bəlli hadisə ilə bağlı şok təfərrüatlar yer alıb. Bu məqamlara keçməmişdən qeyd edək ki, məhkəmə qərarını təbii ki, ermənilər öz istəklərinə uyğun şəkildə təfsir ediblər. Buna baxmayaraq, bu sənəd rəsmi xarakter daşıdığından manipulasiya imkanları xeyli məhdudlaşıb. İstənilən halda, nəzərdə saxlamaq lazımdır ki, bu xəbər erməni mediasına istinadən hazırlanıb, yəni doğru olmayan və ya saxtalaşdırma məqamlarının olması da istisna edilməməlidir... Lakin indiyədək heç kəsin bilmədiyi (bir neçə nəfər istisna olmaqla) bu məlumatlar rəsmi məhkəmə protokollarıdır və bunlar R.Səfərov-Q.Markaryan münaqişəsinə işıq tutur.

Belliklə, 2004-cü ilin fevralın 19-da baş vermiş olayın səbəbləri barədə məhkəmənin qərarında deyilir ki, cinayət xüsusi qəddarlıqla, əvvəlcədən planlaşdırılıb. Cinayətkar ikinci şəxsi də öldürməyə cəhd edib. Bunu nəzərə alaraq Məhkəmə ömürlük həbs qərarı verib. Məhkum yalnız 30 il sonra əfv olunmaq üçün dövlət orqanlarına müraciət edə bilər.


“NF, 3383/2004/ 16-I” nömrəli cinayət işində Ramil Səfərov haqqında geniş məlumat verilir:” 14 yaşında Bakı Hərbi Məktəbinə daxil olub. Bir il sonra Türkiyədəki hərbi məktəbə göndərilib. 4 il orada oxuduqdan sonra 4 il də hərbi akademiyada təhsil alıb. Daha 1 il təkmilləşmə ilə bağlı Türkiyədə qalıb. Cinayət törətdiyi vaxt baş leytenant rütbəsində olub və Azərbaycanın Ali Hərbi Məktəbində xidmət edib. Əvvəllər məhkum olunmayıb”.
Qeyd olunur ki, R.Səfərov cinayəti ayıq başla törədib. Psixoloji problemi olmayıb. Daha sonra məhkəmə qərarında cinayətin səbəbləri sadalanır. Bu hissədə də maraqlı məqamlar var: “Dağlıq Qarabağ Azərbaycanın cənub-qərbində ,Qarabağ dağının şərqində, Ermənistana yaxın ərazidə yerləşir. Qarabağ xanlığının keçmiş ərazisi olan bu coğrafiyada 1923-cü il iyunun 7-də Dağlıq Qarabağ Muxtar Respublikası yaradılıb. Qurum Azərbaycanın tabeliyində olub. 1988-ci ildə muxtar vilayətin statusu ləğv olunub. Nəticədə Qarabağla Azərbaycan arasında (?) müharibə başlayıb. 1993-cü ildə əraziyə nəzarət bütövlükdə erməni əhalinin əlinə keçib. Bir il sonra Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunub. 1996-cı ildə Dağlıq Qarabağ öz müstəqilliyin elan
edib. Müttəhim Dağlıq Qarabağın yaxınlığındakı Cəbrayıl kəndində (?) doğulub.

Vətəndaş müharibəsi (?) zamanı ittiham olunan doğmaların (valideynlərini, qardaşlarını) itirməyib, onların arasında yaralananlar da yoxdur. Amma hərbi əməliyyatlar zamanı müttəhim bir neçə uzaq qohumunu və yerlilərini itirib. Amma mülkü şəxslər arasında baş vermiş itkilər barədə məlumat əldə edib. Belələri arasında qadınlar, yaşlılar, uşaqlar da olub. Elə bu səbəbdən də onda ermənilərə qarşı nifrət hissi yaranıb. Vətəndaş müharibəsi zamanı o, yetkinlik yaşında olmayıb. Şəxsən müharibədə iştirak etməyib. Ancaq yaralı əsgərlərin daşınmasına yardımçı olub. O, hərbi məktəbi bitirib geri döndükdən artıq vətəndaş müharibəsi başa çatmışdı…


2004-cü ilin 11 yanvarında Ramil Səfərov 3 aylıq ingilis dili kursuna qatılmaq üçün Budapeştə gəlib. Kursa keçmiş sovet ölkələrindən (hər birindən 2 zabit olmaqla) hərbçilər dəvət olunmuşdu. O cümlədən macar zabitləri də Mikloşa Zrini adına Milli Universitetdə iştirak ediblər.
Kursun dinləyiciləri arasında sonra zərər çəkmiş erməni zabiti leytenant Qurqen Markaryan və kapitan Qayk Makuçyan da olub…”


****
Qətlə yetirilən Markaryanın Azərbaycan bayrağını təhqir etməsi təsdiqlənib...
Kursa gələnlər Budapeşt şəhərində, X rayonunda, Dairəvi küçə Hunqariyada 9-11 saylı binada yerləşdirilib. Binanın 3-cü mərtəbəsindəki iki nəfərlik otaqlar onların ixtiyarında olub. Yerlər bölünərkən xüsusi diqqət verilib ki, kursa gələnlər ingiliscə danışsınlar deyə eyni yerdən gələn zabitlər müxtəlif otaqlara yerləşdirilib…
Qurqen Markaryan 218/a otağında macar zabiti Balaşam Kuti ilə olub, ikinci erməni zabit Qauk Mukuçyansa 220/b otağında litvalı zabit Palyus Salyusla qalıb. İttiham olunan şəxs isə ukraynalı zabitlə qalıb. Amma həmin zabit bu hadisədən əvvəl bir həftəlik məzuniyyət alıb. Cinayət törədilən zamanı R.Səfərov otaqda bu səbəbdən tək qalırmış. İkinci azərbaycanlı zabit Anar Raufsa başqa bir zabitlə üzbəüz otaqda qalırmış.

Kurs başlayarkən məlum olub ki, iki nəfər erməni zabiti də burada qalacaq. İlk günlər onlar (azərbaycanlı və erməni zabitləri) bir-birləri ilə salamlaşırmışlar. Sonra bu salamlaşma kəsilir. Onlar müxtəlif qruplarda təhsil alsalar da eyni mərtəbədə qalırmışlar. Qarşılaşanda erməni zabitləri gülürmüşlər. Ona (R.Səfərova) elə gəlirmiş ki, ermənilər özlərini müzəffər tərəfin məğlub tərəf qarşısında aparan kimi aparırlar.
2004-cü ilin 1 fevralında kursa gələnlərin Keçkemek şəhərinə ekskursiyası təşkil olunur… Avtobus dayanarkən Markaryan Ramil Səfərovun ayağına güclü zərbə ilişdirir. Amma Səfərov buna reaksiya verməyib. Gözləyib ki, o, gəlib üzr istəsin. Ancaq Markaryan bunu etməyib. Belə olduqda müttəhim öz yerindən durub ona yaxınlaşıb və soruşub ki, hər hansı problem varmı? Markaryansa deyib ki, ayağı onun ayağına təsadüfən dəyib. Və gülüb. Müttəhim fikirləşib ki, erməni zabit çox içib və öz yerinə qayıdıb. Geri, universitetə döndükdə isə müttəhim eşidib ki, onun arxasınca gələn erməni zabitləri yüksək səslə mahnı oxuyurlar və gülürlər. Mahnının bəzi yerlərində “Qarabağ-Arsaq” ifadələri səslənib və daha sonra onlar ermənicə söyüş söyüblər.

Bu hadisədən bir neçə gün sonra isə müttəhim dəhlizdə Xorvatiyadan olan mayorla söhbət edərkən Markaryan basketbol topunu onların arasına güclü zərbə ilə vurub.
Fevralın 16-sı axşam saat 22:00 radələrində müttəhim dəhlizdə siqaret çəkirmiş. Bu zaman o, Markaryanın litvalı zabit Polyusla söhbətinin şahidi olub. Həmin söhbətdə Azərbaycan bayrağ məsələsi də hallanıb. Bundan bir neçə gün əvvəlcə litvalı öz ad gününü qeyd edib. Onda azərbaycanlı zabitlər hədiyə kimi brulokda olan Azərbaycan bayrağını litvalı zabitə hədiyə ediblər. Bundan başqa hədiyyə olaraq Laum (?) qalasının maketini də ona bağışlayıblar. Həmin söhbət zamanı Səfərov eşidib ki,Markaryan Azərbaycan bayrağını təhqir edir.

Bu məsələ ilə bağlı azərbaycanlı zabitlər dil kursunun rəhbəri Demeter Atillaya məlumat veriblər. Bildiriblər ki, bəzən kurslarda müsəlman qadınlar haqqında xoşagəlməz sözlər deyilir, dərsdən sonra isə İslamın terrorla əlaqələndirilməsi istiqamətində söhbətlər olur. Amma azərbaycanlılar son məsələlərlə bağlı ermənilərin adını çəkməyiblər.

Zərər çəkmiş Qurqen Markaryan 1978-ci ildə anadan olub. Müttəhimdən 1 yaş balacadır. Hadisə baş verərkən onun 27 yaşı olub. Boyu 178 cm. olan zabit idmançı cüssəyə malik sağlam adam olub və leytenant kimi erməni ordusunda xidmət edib.”
Sənədin “Cinayətə hazırlıq” bölümündə də maraqlı faktlar var: “Dil kursunda olarkən müttəhimdə 24 fevralda belə bir fikir yaranıb ki, 1992-ci il 26 fevralda baş vermiş və mülki əhali arasında çoxsaylı qurbanlarla yekunlaşmış hadisə ilə əlaqədar olaraq hər iki erməni zabitin öldürsün.
Onda ermənilərə qarşı qisasçılıq və nifrət hissi getdikcə artırdı. O, artıq qeyd olunan günün ildönümünə qədər gözləmək istəmirdi. 19 fevralda səhərə yaxın onu öldürməyi düşünüb. Planını həyata keçirmək üçün 17 fevralda 19:00 radələrində o, “TESCO-GLOBAL” hipermarketində olub. Uzunluğu 65 sm. eni 17x12,5sm olan balta və onu itiləmək üçün yiyə alıb və baltanı öz otağında gizlədib.

Növbəti gün axşam o,a zərbaycanlı zabitlə öz otağında saat 22:30-a qədər söhbət edib. Sonra həmin zabit yatmaq üçün öz otağına keçib. Bundan sonra müttəhim ingilis dili ilə bağlı tapşırıqları yerinə yetirib. Sonra baltanı itiləməyə başlayıb. Vanna otağına keçib, sonra dəhlizə siqaret çəkmək üçün çıxıb. 19 fevral səhər saat 5-ə qədər gözləyib. Düşünüb ki, məhz həmin vaxt yuxu daha dərin olur.
Cinayətin törədilməsi
Cibinə xəncər tipli bıçaq qoyan R.Səfərov əlində balta dəhlizə çıxıb. O, bilirdi ki, sağlam cüssəli Markaryan hansı otaqda yatır. Həmin otağın qapısını açır. İşığı yandırır. Qurqen Markaryanın hansı yataqda olduğunu bildikdən sonra ona tərəf gedir. Ona yaxınlaşıb baltanın iti tərəfi ilə onun başına və boynuna 3 dəfə zərbə endirir. Sonra onun sinəsinə və əzalarına də vurur. Müttəhim yaranmış səs-küyə oyanan zabit Balaş Kutini sakitləşdirir, ona bildirir ki, onunla heç bir işi yoxdur. Ramil Səfərov cinayəti törədərkən rus dilində təhqirlər səsləndirib, Qurqen Markaryanı öldürdükdən sonra siqaret yandırıb, siqareti sona qədər çəkib və kötüyünü də onun sinəsinə atıb…”

****
Bu detallar bir daha sübut edir ki, öldürülən erməni zabiti dəfələrlə Ramil Səfərova ilişib, Azərbaycanı, azərbaycanlı qadınları və ən dəhşətlisi, Azərbaycan bayrağını təhqir edib. Kursun başlanğıcında ermənilərlə salamlaşan azərbaycanlı zabitlər məhz ermənilərin təhqiramiz, aqressiv davranışları səbəbindən az sonra onlarla salamlaşmanı kəsməyə məcbur olublar. Onların hərəkətləri barədə şikayətçi də olublar. Ramil Səfərov Markaryanın günlərlə davam edən təhqirlərinə dözməyərək, nəhayətdə, Azərbaycan bayrağını təhqir etməsi faktından sonra onu cəzalandırmaq qərarına gəlib...

*****

09 Noyabr 2012 17:04


Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan və prezident tərəfindən azadlığa buraxılan Ramil Səfərovun işi ilə bağlı şok təfərrüatlar yayılıb.

İndiyədək heç kəsin bilmədiyi (bir neçə nəfər istisna olmaqla) məlumatlar rəsmi məhkəmə protokollarıdır və bu, ermənilər tərəfindən yayılıb. Sadəcə, ermənilər bir sıra detalların üstündən sükutla keçsələr də, bu məlumatların yayılması R.Səfərov-Q.Markaryan münaqişəsinə işıq tutur, həqiqətin necə olduğunu çatdırır.

Hazırda məhkəmə materiallarının dilimizə çevrilməsi prosesi gedir. Ancaq bu anons səciyyəli yazıda bir neçə detalı indidən yazmaqda yarar var.

Materialda qeyd olunur: "Ekskursiyanın proqramına şəhərlə tanışlıq, yerli şərab muzeyini, şərab anbarını ziyarət və restoranda nahar daxil olub. Anbarda dinləyiciləri spirtli içkiyə qonaq ediblər və bütün zabitlər, o cümlədən ermənilər içkidən imtina etməyiblər, yalnız müttəhim və onun azərbaycanlı həmkarı içməyib. Avtobusa minərkən, Markaryan müttəhimi ayağından möhkəm vurub, ancaq o, Markaryanın üzr istəyəcəyini gözləyərək reaksiya verməyib, Markaryan isə bunu etməyib. Bu zaman müttəhim yerindən qalxıb və erməni zabitdən soruşub ki, nə olub, nə problem var. Markaryan cavab verib ki, yalnız təsadüfən ona toxunub və gülümsəyib. Müttəhim hesab edib ki, o, bir az çox içib, ona görə də qayıdıb yerində oturub. İnstituta qayıtdıqdan sonra müttəhim eşidib ki, arxadan gələn ermənilər (zərərçəkənlər) mahnı oxuyur və bərkdən gülürlər, mahnı mətninin müəyyən yerlərində "Qarabağ-Artsax" sözləri eşidilirmiş, bundan sonra ermənilər öz dillərində bərkdən söyüş söyüblər".


Materialın daha bir hissəsində qeyd olunur: "Fevralın 16-da saat 22-də Səfərov Markaryanla litvalı zabit Paulyus Saulyusun söhbətini eşidib, söhbət Azərbaycan bayrağından gedirmiş... Söhbət zamanı müttəhim eşidib k, Markaryan Azərbaycan bayrağını təhqir edir.

Azərbycanlılar dil kurslarının rəis müavini Demeter Atillaya şikayət ediblər ki, kursda müəyyən dinləyicilər müsəlman qadınları barədə təhqiramiz danışırlar, məşğələdən sonra islam terrorizmindən bəhs edirlər, ancaq şikayətçilər ermənilərin adını konkretləşdirməyiblər".

Bundan başqa, sənəddə xeyli yeni açıqlanan təfərrüatlar da var və bunları diqqətinizə çatdıracağıq.

Elbəyi Həsənli, musavat.com
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14023

Oxşar yazılar