XİN-in nümayəndəsi CAR-da enerji strategiyasından danışıb
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycanın Afrika Dostları adlı təşkilatının təşəbbüsü ilə noyabrın 1-də Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan və Avropanın enerji təhlükəsizliyi mövzusunda çıxış edib.
Azərbaycanın CAR-dakı səfirliyindənAPA-ya verilən xəbərə görə, çıxış zamanı E.Abdullayev Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji layihələrinin bütün regionun, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəldiyini qeyd edərək, Azərbaycanın bu sahədə artan strateji rolu və enerji istehsalçısı və tranzit ölkə kimi yüksək əhəmiyyəti barədə məlumat verib. XİN rəsmisi praqmatik, balanslı, və çoxşahəli enerji strategiyası həyata keçirən Azərbaycanın bu gün dünya ictimaiyyətinin etibarlı tərəfdaşına çevrildiyini bildirib.
Tədbirdə diplomatlar, akademik dairələrin nümayəndələrin, iş adamları və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Oxşar yazılar

Yevlaxda zəlzələ baş verdi
27 iyul 2025 , 23:15
Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü
27 iyul 2025 , 21:21
Sumqayıtda FACİƏ: İki nəfər dənizdə boğuldu-VİDEO
27 iyul 2025 , 20:21
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47