74 yaşlı kişini vurub qaçan sürücü tapılmır - ŞİKAYƏT
30 oktyabr 2012 11:56 (UTC +04:00)

74 yaşlı kişini vurub qaçan sürücü tapılmır - ŞİKAYƏT

Mingəçevir şəhər sakini, təqaüddə olan polis əməkdaşı Azər Muradov Lent.az-a müraciət edib. O, bildirib ki, atası 1938-ci il təvəllüdlü İsfəndiyar Muradov bu ilin sentyabr ayının 23-də Mingəçevir şəhərində naməlum avtomobil tərəfindən vurulub: “Şəhərin mərkəzində, Heydər Əliyev prospektində avtomobil atamı vuraraq qaçıb. Hadisə yerindəki qırıntılardan məlum olur ki, avtomobil “VAZ 2106” markalıdır. Şahidlər bildirirlər ki, avtomobilin sürəti saatda 130-140 kilometrə bərabər olub, piyadanı 10 metrə yaxın sürüyüb. Amma artıq 40 gün keçməsinə baxmayaraq, hələ də hələ də atamı vuran avtomobil və onun sürücüsü tapılmayıb. Dəfələrlə polis şöbəsinə, nazirliyə də müraciət etmişəm, bir irəliləyiş yoxdur”.

Qarabağ veteranı olan A.Muradov bildirib ki, böyük qardaşı Yaşar Muradov Əfqanıstan müharibəsi veteranıdır: “Qardaşım Əfqanıstan müharibəsində Lenin ordeni almış yeganə azərbaycanlıdır. Özüm ikinci qrup Qarabağ əliliyəm. Amma bizim şikayətlərə hələ də məhəl qoyan yoxdur”.

Mingəçevir şəhər Polis Şöbəsindən Lent.az-a bildirilib ki, faktla əlaqədar cinayət işi başlanılıb və zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889

Oxşar yazılar