55 yaşlı kişi 10-cu dəfə damarlarını doğrayıb
30 oktyabr 2012 11:35 (UTC +04:00)

55 yaşlı kişi 10-cu dəfə damarlarını doğrayıb

Oktyabrın 30-na keçən gecə Bakıda 55 yaşlı kişi damarlarını doğrayıb. Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, 1957-ci il təvəllüdlü Akif Cəfərov ağır vəziyyətdə Elmi Tədqiqat İnstitutuna yerləşdirilib. Hər iki bilək nahiyəsində dərin kəsiklər olan kişinin həyatı xilas edilib. O, polisə ifadəsində bildirib ki, narkotik aludəçisidir. Lazımi dozada narkotik tapmayanda isə damarlarını doğramaq məcburiyyətində qalır. Bundan əvvəl təxminən 10 dəfə damarlarını doğradığına görə xəstəxanaya düşüb.

Hazırda A.Cəfərovun müalicəsi davam etdirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335

Oxşar yazılar