«Malala cəsarət və iradə mücəssəməsidir»
30 oktyabr 2012 02:26 (UTC +04:00)

«Malala cəsarət və iradə mücəssəməsidir»

Talibanın güllə ilə vurduğu 15 yaşlı yeniyetmə qızı xəstəxanada ziyarət edən Pakistan, Britaniya və Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri Malalanı «cəsarət və iradə mücəssəməsi» adlandırıblar.

Britaniyanın xarici işlər naziri Vilyam Heyq, Əmirliklərin xarici işlər naziri Şeyx Abdulla Bin Zayed və Pakistanın daxili işlər naziri Rehman Malik Malala Yusifzaini Birminhem şəhərində kraliça Yelizaveta adına xəstəxanada ziyarət ediblər.

Baş və boyun nahiyəsindən güllə yarası alan yeniyetmə qız iki həftədir xəstəxanada müalicə olunur. Onun vəziyyəti sabitdir. Həkimlər onun artıq danışa və gəzə bildiyini bildirir.

Britaniya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər xəstəxananın direktoru və Malalanın atası ilə görüşüblər. O, qızına baş çəkmək üçün Malalanın anası və onun iki qardaşı ilə keçən həftə Britaniyaya səfər edib.

Talibançılar Malala Yusifzaini Pakistanın şimal-qərbində yerləşən Svat vadisində məktəbdən qayıdan zaman oktyabrın 9-da vurmuşdu. 15 yaşlı Malala qızlar və qadınların təhsil hüquqlarını müdafiəçisi və üç il bundan əvvəl onun yaşadığı Svat vadisində nəzarəti ələ keçirən talibançılar əleyhinə bloq yazıları ilə tanınır.

«Amerikanın səsi» radio
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar