Timoşenok aclıq edib
29 oktyabr 2012 20:25 (UTC +04:00)

Timoşenok aclıq edib

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko həbsxanada aclıq elan edib.Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə sabiq hökumət başçısının vəkili Sergey Vlasenko parlament seçkilərindəki saxtakarlığa etiraz olaraq, müvəkkilinin aclıq elan etdiyini bildirib. «Mən seçkilərin saxtalaşdırmasına etiraz olaraq, aclıq elan edirəm»-deyə, məhbus keçmiş baş nazirin vəkili onu bəyanatını diqqətə çatdırıb.

Hazırkı məlumata əsasən, səslərin 70 faizdən çox sayılıb.

APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi xəbərinə görə, proporsional sistem üzrə bülletenlərin 70,1 faizi hesablandıqdan sonra prezident Viktor Yanukoviçin Regionlar Partiyasının 33,41 faiz, Yuliya Timoşenkonun “Batkivşina” (Vətən) Ümumukrayna Birliyi ətrafında birləşmiş müxalifətin 23,04 faizi, iqtidaryönlü Kommunist Partiyasının 14,48 faiz, məşhur boksçu Vitali Kliçkonun müxalif “UDAR” Partiyasının 13,16 faiz, radikal müxalifətçi və ultramillətçi “Svoboda” Ümumukrayna Birliyinin isə 8,97 faiz səs aldığı açıqlanıb. Başqa partiyalar isə r 5 faizilik minimum baryeri keçə bilməyib.

Qeyd edək ki, Ukrayna parlamenti 450 deputatdan ibarətdir. Onların yarısı proporsional, yarısı isə majoritar sistem üzrə seçilir. Majoritar dairələrdə Regionlar Partiyasının namizədləri böyük üstünlüyə malikdir. Yeni hökuməti kommunistlərin dəstəyi ilə Regionlar Partiyasının formalaşdıracağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879

Oxşar yazılar