![Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə ifşa edilib](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə ifşa edilib
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 14-nə keçən gecə II Zabrat qəsəbəsi Azadlıq küçəsində yaşayan Əli Şərifova məxsus «VAZ-2107» markalı, oktyabrın 21-də isə Maştağa qəsəbəsi Daş karxanasında yaşayan Rahib Niyyətova məxsus «VAZ-2106» markalı avtomobil yaşadığı evin qarşısından qaçırılıb. DİN BCAİ, Sabunçu RPİ CAŞ və 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Sabunçu qəsəbəsi Şəhər şosesi yeni tikilidə yaşayan, əvvəllər məhkum olunmuş Ağarza Bağırov oktyabrın 26-da yaxalanıb. Onun qaçırdığı «VAZ-2106» markalı avtomobil həyətindən, «VAZ-2107» markalı avtomobil isə Sabunçu qəsəbəsində saz vəziyyətdə tapılıb. Müəyyən edilib ki, A.Bağırov oktyabrın 25-nə keçən gecə II Zabrat qəsəbəsində yaşayan Həsən Sultanova məxsus «VAZ-2107» markalı avtomobildən açarseçmə yolu ilə maqnitofon, bankomat kartı, sənədlər və Kürdəxanı qəsəbəsində yaşayan Həbib Allahverdiyevə məxsus «VAZ-2106» markalı avtomobildən şüşəni sındırma yolu ilə 330 manat, maqnitofon və 4 ədəd səsgücləndirici oğurlayıb.
Növbəti araşdırmalar zamanı A.Bağırovun Bakı şəhər sakini Elçin İsmayılovla birlikdə oktyabrın 3-nə keçən gecə E.Mehdiyev küçəsində yaşayan Əlişir Allahverdiyevə məxsus «VAZ-2106» markalı avtomobil qaçırması da müəyyən edilib. Qaçırılmış avtomobil oktyabrın 12-də II Zabrat qəsəbəsində 4 təkəri sökülmüş vəziyyətdə aşkar edilib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.İsmayılov oktyabrın 28-də yaxalanıb.
Növbəti araşdırmalar zamanı A.Bağırovun Bakı şəhər sakini Elçin İsmayılovla birlikdə oktyabrın 3-nə keçən gecə E.Mehdiyev küçəsində yaşayan Əlişir Allahverdiyevə məxsus «VAZ-2106» markalı avtomobil qaçırması da müəyyən edilib. Qaçırılmış avtomobil oktyabrın 12-də II Zabrat qəsəbəsində 4 təkəri sökülmüş vəziyyətdə aşkar edilib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.İsmayılov oktyabrın 28-də yaxalanıb.
Oxşar yazılar
![Biləsuvarda "TIR" yandı-FOTO](https://lent.az/storage/news/2024/june/30/big/6681a502b70cd6681a502b70ce17197724186681a502b70c76681a502b70ca.jpg)
Biləsuvarda "TIR" yandı-FOTO
30 iyun 2024 , 22:32![Qaxda AĞIR QƏZA: 3 nəfər öldü, Türkiyə vətəndaşları yaralandı](https://lent.az/storage/news/2024/june/30/big/6681a37e659a96681a37e659aa17197720306681a37e659a16681a37e659a5.jpg)
Qaxda AĞIR QƏZA: 3 nəfər öldü, Türkiyə vətəndaşları yaralandı
30 iyun 2024 , 22:28![Gəncədə avtomobil 2 yeniyetməni vurub, biri ölüb-YENİLƏNİB](https://lent.az/storage/news/2024/june/30/big/66817e3e40ccb66817e3e40ccd171976249466817e3e40cc466817e3e40cc8.jpg)
Gəncədə avtomobil 2 yeniyetməni vurub, biri ölüb-YENİLƏNİB
30 iyun 2024 , 19:52![Sabirabadda özünü asan 26 yaşlı kişi AXCP üzvü olub - TƏFƏRRÜAT](https://lent.az/storage/news/2024/june/29/big/66804a2aa16bd66804a2aa16c21719683626c4fa0fd93931cb24cc32cce3a92fff04.jpg)
Sabirabadda özünü asan 26 yaşlı kişi AXCP üzvü olub - TƏFƏRRÜAT
30 iyun 2024 , 12:30![Gəncədə DƏHŞƏT: qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atdı](https://lent.az/storage/news/2024/june/30/big/6681143eec3056681143eec30617197353586681143eec2ff6681143eec302.jpg)
Gəncədə DƏHŞƏT: qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atdı
30 iyun 2024 , 12:15![Göygöldə FACİƏ: iki uşaq anası olan gənc qadın özünü asdı](https://lent.az/storage/news/2024/june/30/big/668106b3d3048668106b3d304a1719731891668106b3d3040668106b3d3044.jpg)
Göygöldə FACİƏ: iki uşaq anası olan gənc qadın özünü asdı
30 iyun 2024 , 11:17![DİN və DSX-dan birgə ƏMƏLİYYAT - 180 kiloqram narkotik -FOTO -VİDEO](https://lent.az/storage/news/2024/june/30/big/6680f7f7b12416680f7f7b124317197281196680f7f7b123b6680f7f7b123f.jpg)