![Zəngilanın işğalından 19 il keçir](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Zəngilanın işğalından 19 il keçir
Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 19 il ötür.
APA-nın məlumatına görə, 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun – Zəngilanın işğalını başa çatdırıblar.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub.
İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərib. Ümumilikdə I Qarabağ müharibəsində Zəngilan rayonu 188 şəhid verib. 35 min nəfərə yaxın rayon sakini hazırda məcburi köçkün kimi Azərbaycanın ən müxtəlif bölgələrində məskunlaşıb. Müharibə dövründə rayonun 44 sakini itkin düşüb və onların taleyindən bu günədək xəbər yoxdur.
Hazırda ermənilər Zəngilan rayonu ərazisində ekoloji terroru davam etdirirlər.
Ermənilərin törətdiyi mütəmadi yanğınlar nəticəsində rayon ərazisinin böyük bir hissəsi külə dönüb, yaşıllıqlar, qoruqlar, qiymətli ağaclar ermənilər tərəfindən tamamilə qırılaraq məhv edilib.

Oxşar yazılar
![Gəncədə avtomobil 2 yeniyetməni vurub, biri ölüb-YENİLƏNİB](https://lent.az/storage/news/2024/june/30/big/66817e3e40ccb66817e3e40ccd171976249466817e3e40cc466817e3e40cc8.jpg)
Gəncədə avtomobil 2 yeniyetməni vurub, biri ölüb-YENİLƏNİB
30 iyun 2024 , 19:52![Sabirabadda özünü asan 26 yaşlı kişi AXCP üzvü olub - TƏFƏRRÜAT](https://lent.az/storage/news/2024/june/29/big/66804a2aa16bd66804a2aa16c21719683626c4fa0fd93931cb24cc32cce3a92fff04.jpg)
Sabirabadda özünü asan 26 yaşlı kişi AXCP üzvü olub - TƏFƏRRÜAT
30 iyun 2024 , 12:30![Gəncədə DƏHŞƏT: qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atdı](https://lent.az/storage/news/2024/june/30/big/6681143eec3056681143eec30617197353586681143eec2ff6681143eec302.jpg)
Gəncədə DƏHŞƏT: qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atdı
30 iyun 2024 , 12:15![Göygöldə FACİƏ: iki uşaq anası olan gənc qadın özünü asdı](https://lent.az/storage/news/2024/june/30/big/668106b3d3048668106b3d304a1719731891668106b3d3040668106b3d3044.jpg)
Göygöldə FACİƏ: iki uşaq anası olan gənc qadın özünü asdı
30 iyun 2024 , 11:17![DİN və DSX-dan birgə ƏMƏLİYYAT - 180 kiloqram narkotik -FOTO -VİDEO](https://lent.az/storage/news/2024/june/30/big/6680f7f7b12416680f7f7b124317197281196680f7f7b123b6680f7f7b123f.jpg)
DİN və DSX-dan birgə ƏMƏLİYYAT - 180 kiloqram narkotik -FOTO -VİDEO
30 iyun 2024 , 10:13Bərdə sakininin çantasından 4 kq-dan çox tiryək çıxdı
30 iyun 2024 , 08:37![Avtomobil YDM-nə arxası üstə girdi -VİDEO](https://lent.az/storage/news/2024/june/30/big/6680be6e7656c6680be6e7656e17197133906680be6e765666680be6e76569.jpg)
Avtomobil YDM-nə arxası üstə girdi -VİDEO
30 iyun 2024 , 06:10![Bakıda avtomobil piyadanı vuraraq komaya salıb](https://lent.az/storage/news/2024/june/30/big/6680b3b9386f26680b3b9386f51719710649be4cb39ed24265e83bb07ee03bd47920.jpg)