Baş Prokurorluqdan Quba hadisələri barədə açıqlama
Baş Prokurorluq Quba hadisələri ilə əlaqədar həbs edilən jurnalistlərin hədələnməsi barədə məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bəzi KIV-də «Xəyal» müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyevin müdafiə hüquqlarının pozulması, onlara təzyiq göstərilərək müdafiəçilərdən imtina etmələrinin tələb olunması hallarına yol verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib: “Həmin informasiyalar hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın normal gedişinə mane olmaq məqsədi güddüyündən tərəfimizdən qəti şəkildə təkzib olunur.
Belə ki, 1 mart 2012-ci il tarixdə Quba şəhərində ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin təşkili, həmin hərəkətlərdə fəal iştirak etmə və sair faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər Vüqar Qonaqov və Zaur Quliyev dindirilərkən, şübhəli şəxs qismində tutularkən, onlara ittiham elan olunarkən, barələrində həbs qətimkan tədbiri seçilərkən və onlarla bağlı digər istintaq hərəkətləri yerinə yetirilərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyində təsbit olunan hüquqları, o cümlədən hüquqi yardım almaq hüquqları tam təmin edilib, bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə keçirilib. Göstərilənlərlə yanaşı onların müdafiəçilərinin vəsatət və müraciətlərinə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada və müddətlərdə baxılması təmin edilir.
Bundan başqa, 9 oktyabr 2012-ci il tarixdə təqsirləndirilən şəxs Vüqar Qonaqovun vəkili Rəşid Hacılı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən istintaq qrupunun rəhbəri, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranskinin iştirakı ilə qəbul edilib və Vüqar Qonaqovun müvəqqəti saxlama təcridxanasında saxlanılarkən onunla qeyri-insani rəftar olunmasına dair müraciətində göstərilən xüsusatların ayrıca icraatda araşdırılması barədə konkret göstəriş verilib”.
Qeyd edək ki, iş üzrə təqsirləndirilən Zaur Quliyevin vəkili Elçin Sadıqov mətbuata açıqlama verərək müvəkkilinə təzyiqlər edildiyini bildirib: “Zaur Quliyev əvvəllər də vəkildən imtina etməsi üçün hədələnirdi, indi də hədələnir. Onu və Vüqar Qonaqovu vəkillərindən imtina etmədikləri halda ağır cəzaya məhkum etməklə qorxudurlar”.

Oxşar yazılar

Ağdaşda 2-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
21 iyul 2025 , 11:25
"Koroğlu” körpüsündə QƏZA: böyük tıxac yarandı
21 iyul 2025 , 10:47
UNEC-in tələbəsi qəfil öldü
21 iyul 2025 , 10:44Narkotik çəkib müştəri daşıyan taksi sürücüsü TUTULDU
21 iyul 2025 , 10:15
Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
21 iyul 2025 , 10:10
Qazaxda piyadanı maşın vurub öldürdü
21 iyul 2025 , 10:06
Bu sahədə təhlükəsizliyin təmin edilməsi üçün komissiya yaradıldı
21 iyul 2025 , 09:53