İtalyan musiqiçi Dağlıq Qarabağ icması ilə görüşüb
Bu gün “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında İtaliyadan gəlmiş qonaq - G. Verdi adına konservatoriyanın xor və improvizə professoru Davide Gualieri ilə görüş olub. APA-nın məlumatına görə, görüşdə birliyin İdarə Heyətinin sədri Bayram Səfərov, İdarə Heyətinin üzvləri və Dağlıq Qarabağdan olan istedadlı gənclər iştirakı ediblər.
Görüş həm Dağlıq Qarabağdan olan sakinlərin çıxışı, həm də Qarabağdan olan istedadların musiqili çıxışları şəraitində keçib. İH üzvü Ramiq Məhərrəmov öz çıxışında hazırda Qarabağda yaşayan ermənilərin müharibədən əvvəl orada yaşayan ermənilər olmadığını qeyd edərək, hazırkı cinayətkar və qorxaq rejimin hər cür vəchlə mövcud sistemi imkan qədər daha çox saxlamağa çalışdığını söyləyib.
Ramiq Məhərrəmov qonağa müraciət edərək bildirib ki, bu problemin, Azərbaycan xalqının başına gətirilən müsibətlərin dünyaya çatdırılmasında onun kimi mədəniyyət nümayəndələrinin rolu və önəmi əvəzsizdir.
Daha sonra, Xankəndi və Xocalı sakinləri görüşdə çıxış edərək, öz xatirələrindən və baş verən hadisələrin bilavasitə şahidi olduqlarından danışıblar.
Musiqi fasilələri ilə davam edən görüşdə gənc və istedadlı qarabağlılar həm Azərbaycan həm də İtalyan mahnı nümunələri ilə qonağı valeh ediblər.
Davide Gualtieri də öz növbəsində Federico Fellininin çəkdiyi filmdən nümunə gətirərək şuşalıları neapollulara bənzətdiyini qeyd edib: “Mən inanıram ki, Dağlıq Qarabağ problemi ən qısa zamanda sülh yolu ilə həll olunacaq”.

Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16