Baş Prokurorluq vəzifəli şəxslərin əməli ilə bağlı məlumat yaydı
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “İcraçı Kredit Agentliyi” MMC Bank olmayan Kredit Təşkilatı və “Astara Kredit İttifaqı” MMC-də yol verilmiş qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, qeyd edilən cəmiyyətlərin vəzifəli şəxsləri 2010-cu ilin sentyabr ayında 2 nəfər Astara sakininin hər birinə müraciətləri əsasında 3.0 min manat məbləğində istehlak krediti vermələrinə baxmayaraq, sonradan vətəndaşlardan xəbərsiz kredit üçün girov qismində təqdim olunmuş ev və torpaq sahələrinin sənədlərindən istifadə etməklə onların adına saxta yolla 59.0 min manat məbləğində kredit rəsmiləşdirib.
“İcraçı Kredit Agentliyi” MMC Bank olmayan Kredit Təşkilatı və “Astara Kredit İttifaqı” MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16