Bakıda iş adamına 375 min dollarlıq qızıl “atıblar” - EKSKLÜZİV
13 oktyabr 2012 17:46 (UTC +04:00)

Bakıda iş adamına 375 min dollarlıq qızıl “atıblar” - EKSKLÜZİV

Bakı sakininin külli miqdarda qızıl-zinət əşyaları mənimsənilib. Lent.az-ın əldə etdiyi məlumata görə, paytaxt sakini 1982-ci il təvəllüdlü Cəfərov Şükür Yusif oğlu Yasamal rayon Polis İdarəsi, 28-ci Polis Bölməsinə müraciət edib. Ş.Cəfərov bildirib ki, bu ilin 2 yanvar tarixindən bəri Rüstəm adlı şəxs ondan 375 min dollar dəyərində qızıl-zinət əşyaları alıb. Lakin həmin şəxs 10 ay keçməsinə baxmayaraq, nə qızılı, nə də qızılın dəyəri olan pulu verməyib.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, Ş.Cəfərov iş adamıdır və Mərkəzi Univermaqda qızıl alveri ilə məşğul olur. Rüstəm adlı şəxs isə onun daimi müştərisi olub. Həmin şəxs Ş.Cəfərovdan dəfələrlə böyük məbləğlərdə qızıl alış-verişi edib. Beləliklə də o, Ş.Cəfərovun etimadını qazanıb və ondan 375 min dollar dəyərində qızılı alaraq banka girov qoyub, böyük məbləğdə pul götürüb. Bundan sonra isə Rüstəm Şükürdən aldığı qızılları və ya onun dəyəri olan pulu qaytarmaqdan imtina edib.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Nizam RZA
# 3815

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19