“Lerik”in 75 yaşı oldu
13 oktyabr 2012 04:13 (UTC +04:00)

“Lerik”in 75 yaşı oldu

APA-nın Cənub bürosunun məlumatına görə, Lerik Rayon Mədəniyyət Evində keçirilən mərasimdə ölkənin nüfuzlü kütləvi informasiya vasitələrinin baş redaktorları və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə “Lerik” qəzetinin redaktoru, əməkdar jurnalist İdris Şükürlü mətbu orqanın keçdiyi yaradıcılıq yolu barədə geniş məruzə ilə çıxış edib.

Bildirilib ki, “Zuvand kolxozçusu” adı ilə ilk nömrəsi 1937-ci ilin may ayında işıq üzü görən qəzet sonralar “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətini davam etdirib. Ötən dövrlərdə bir sıra yaradıcılıq uğurlarına imza atan qəzet 1987-ci ildə səmərəli işinə və ilk sayının çapdan çıxmasının 50 illiyi ilə əlaqədar Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, bir il sonra isə 5 may – Mətbuat günündə SSRİ Jurnalistlər İttifaqının Fəxri Fərmanı ilə təltif olunub.

Redaksiyanın iki əməkdaşına Azərbaycanın əməkdar jurnalisti fəxri adı verilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rövşən Bağırov, Milli Məclisin üzvü İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, şair-publisist Ağacəfər Həsənli, Rayon Ziyalılar Cəmiyyətinin sədri Etibar Həşimov, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev və digərləri 5500-cü sayının çapdan çıxdığı “Lerik” qəzetindən söz açaraq, redaksiyanın kollektivinə uğurlar diləyiblər.

Musiqi nömrələri ilə müşayət olunan mərasimin sonunda qəzetin əməkdaşlarına Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, Lerik RİH-nin, Azərbaycan Ziyalılar Cəmiyyətinin diplomları, Fəxi Fərmanları və hədiyyələri təqdim olunub.
# 1180

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19