Azərbaycanda televiziya aparıcısı özünü öldürüb – TƏFƏRRÜAT - FOTO - YENİLƏNİB
Oktyabrın 10-da Yevlax rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yevlax şəhərində 1990-cı il təvəllüdlü Lətif Lətifov özünü bıçaqlayaraq intihar edib. 22 yaşlı oğlan bıçaqla özünə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindəcə keçinib.
Prokurorluqdan verilən məlumata görə, həyatına qəsd etmiş L.Lətifov Yevlaxda fəaliyyət göstərən regional “EL” televiziyasının aparıcısı olub. 22 yaşlı oğlan dünən Şəkidən Yevlaxa gəlib və intihar edib.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, L.Lətifov Yevlaxda, “El” televisiyazı ilə yanaşı Şəkidə fəaliyyət göstərən “Kanal S” televiziyasında yayımlanan yumor verilişinin aparıcısı imiş. İntihar edən aparıcının verilişi “Lətiflər, Lətifələr” adlanıb. Veriliş həmişə bu sözlərlə başlayırmış: “Deyirlər gülüş ömrü uzadır! Bizim də belə bir layihəni ərsəyə gətirməkdə əsas məqsədimiz insanların üzündə gülüş, təbəssüm yaratmaqdır. Verilişdə gülməli kadrlar, maraqlı mövzular, telefon zəngləri, o cümlədən SMS-lər qəbul olunur”.
O dünən Şəkidə həftədə bir dəfə yayımlanan verilişin çəkilişində olub və Yevlaxa qayıdıb. Onun qan içində olan meyiti yaşadığı evin hamamında aşkarlanıb.
Faktla əlaqədar cinayət işi başlayıb, araşdırma aparılır.
Nizam RZA

Oxşar yazılar

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT
23 iyul 2025 , 17:00
Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI
23 iyul 2025 , 16:40
Azərbaycanda polisi terrorla şantaj edən uşaq CƏZALANDIRILDI
23 iyul 2025 , 16:33
DSX-nın hərbçisi vəfat etdi
23 iyul 2025 , 15:08
Azərbaycan onu Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi
23 iyul 2025 , 14:42
Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi - YENİLƏNİB
23 iyul 2025 , 14:14
Gecəyarı azərbaycanlı gəncin evi yandı
23 iyul 2025 , 13:24