Peterburqda beş azərbaycanlı güllələndi
09 oktyabr 2012 14:02 (UTC +04:00)

Peterburqda beş azərbaycanlı güllələndi

Lent.az-ın “Vçera” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə “Nevski parkı”nda baş verib. Naməlum şəxs onlara ov tüfəngindən atəş açıb.
Həmyerlilərimiz Canalidze adına təcili tibbi yardım xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti daha ağırdır.
Polis baş verən hadisəni araşdırır, həmin şəxsin saxlanılması üçün əməliyyat planı hazırlanıb.
Qeyd edək ki, eyni gündə Peterburqda azərbaycanlı ər və arvad da ov tüfəngi ilə güllələnib.
# 1787

Oxşar yazılar