Rusiyada əsgərlərin kürəyinə “Azərbaycan”, “Gəncə”, “Quba” yazıblar
09 oktyabr 2012 10:47 (UTC +04:00)

Rusiyada əsgərlərin kürəyinə “Azərbaycan”, “Gəncə”, “Quba” yazıblar

Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, 61423 saylı hərbi hissənin əsgərləri Teymur Məmmədov və Elbrus Musayev 16 əsgər yoldaşını gecə yuxudan oyadaraq təlim və marş meydanına çıxarıblar.

Bundan sonra üz qırxmaq üçün istifadə olunan köpüklə onların kürəyinə “Dağıstan”, “Azərbaycan”, “Gəncə”, “Quba” sözləri yazıblar. Məmmədov və Musayev etdiklərini telefonla da çəkiblər.

Hadisə avqust ayında baş versə də, olaydan bir qədər əvvəl xəbər tutulub.

Hazırda hər iki azərbaycanlı barədə cinayət işi qaldırılıb.
# 3767

Oxşar yazılar