Ermənistan ordusu atəşkəsi pozub
09 oktyabr 2012 10:16 (UTC +04:00)

Ermənistan ordusu atəşkəsi pozub

Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun Mərzili və Yusifcanlı, Tərtər rayonunun Çiləbürt və Çaylı, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.
# 417

Oxşar yazılar