Bakıda böyrəyini satmış qadın özünü dənizə atdı - TƏFƏRRÜAT
09 oktyabr 2012 10:08 (UTC +04:00)

Bakıda böyrəyini satmış qadın özünü dənizə atdı - TƏFƏRRÜAT

Səbail rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, saat 15.00 radələrində Dənizkənarı Milli Parkda, Saat qülləsinin yaxınlığında Sabunçu rayonunun Mayakovski küçəsi ev 2, mənzil 6 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Cəbrayılova Elyanora Lətif qızı özünü dənizə atıb. Hadisə şahidləri və bulvarın mühafizəçilərinin köməkliyi ilə qadın sudan sağ çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Prokurorluq orqanlarından Lent.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən qadın intihara cəhd etməsinə səbəb kimi ona çatmalı olan 50 min dollar pulu ala bilmədiyini göstərib. E.Cəbrayılova bildirib ki, bir müddət əvvəl böyrəyini 50 min dollar qarşılığında satıb. Lakin bu məbləğ verilməyib. Aldadılan qadın özünü öldürmək qərarına gəlib.
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Nizam RZA
# 2505

Oxşar yazılar