Bakıda 20 yaşlı oğlanı ölümcül hala saldılar
08 oktyabr 2012 15:58 (UTC +04:00)

Bakıda 20 yaşlı oğlanı ölümcül hala saldılar

Oktyabrın 8-nə keçən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Mingəçevir küçəsində 1992-ci il təvəllüdlü Orxan Məmmədov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. 20 yaşlı oğlan qan içində özünü yaşadığı evə çatdırıb. Atası onu 3 saylı şəhər xəstəxanasına aparıb və daha sonra hadisə ilə bağlı polisə məlumat verib.

3 bıçaq xəsarəti almış O.Məmmədov reanimasiyaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.


Nizam RZA
# 1845

Oxşar yazılar