İran gəmisi Azərbaycanda neft estakadası ilə toqquşub
08 oktyabr 2012 12:25 (UTC +04:00)

İran gəmisi Azərbaycanda neft estakadası ilə toqquşub

İran bayrağı altında üzən «Parmis» adlı yük gəmisi Azərbaycanın ərazi sularında neft estakadası ilə toqquşub. Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasından (ARDDA) məlumat verilib. Hadisə oktyabrın 5-i saat 23:40-da baş verib. Bakıdan Rusiyanın Həştərxan limanına hərəkət edən gəmi dənizdə istifadədə olmayan neft estakadası ilə toqquşub. Gəmi Bakı limanına gətirilib və təhqiqat aparılır.
# 2208

Oxşar yazılar