Xaçmazda qəza: 1 ölü, 2 yaralı
08 oktyabr 2012 04:34 (UTC +04:00)

Xaçmazda qəza: 1 ölü, 2 yaralı

Okyabrın 7-də axşam saatlarında Xaçmaz rayonu Gödəkli kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, 49 yaşlı Gödəkli kənd sakini Famil Məmmədrza oğlu Mahmudovun idarə etdiyi 99 BS 340 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində sürücü F.Mahmudov hadisə yerində dünyasını dəyişib.

Maşında olan iki nəfər isə ağır bədən xəsarətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1301

Oxşar yazılar