YAP-ın rayon şöbəsi sədrinin qardaşı öldürüldü
07 oktyabr 2012 14:16 (UTC +04:00)

YAP-ın rayon şöbəsi sədrinin qardaşı öldürüldü

Dünən gecə saat 1 radələrində Qazaxda ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib. Musavat. com-un yerli mənbədən aldığı məlumata görə, taksi sürücüsü işləyən Arif Pənahov münaqişə zəminində rayonun Canallı kənd sakini Nəbiyev Dadaş Mahmud oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Qətli törədən şəxs polisə gələrək, könüllü təslim olub. Cinayətin motivi hələlik tam məlum deyil.

Deyilənlərə görə, rayon mərkəzində, Bayraq Meydanı yaxınlığında baş vermiş dava zamanı mübahisə edən tərəfləri ayıran olmayıb. Qazax Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi açılıb. İstintaq gedir.

Əlavə edək ki, mərhum təxminən 45 yaşlarında olub. O, YAP-ın Qazax rayon təşkilatının sədri Həmid Pənahovun doğma qardaşıdır.

A. Pənahovun oğlu bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayan bir neçə nəfərdən biridir,
# 3620

Oxşar yazılar