Putin 60 yaşını qohumları ilə qeyd edəcək
07 oktyabr 2012 02:58 (UTC +04:00)

Putin 60 yaşını qohumları ilə qeyd edəcək

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, yubileyini «Sankt-Peterburqda qohmuları və yaxınlarının əhatəsində» qeyd edəcək.

60 yaşlı V.Putinin ömür-yolundan qısa məlumat
Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini və DTK-nın Moskvadakı 1 saylı Ali Məktəbini bitirib. Uzun illər dövlət təhlükəsizlik orqanlarında çalışıb.
Mərkəzi hakimiyyət orqanlarına ötən əsrin 90-cı illərinin ortalarında gəlib. 1996-cı ildə Rusiya prezidentinin işlər müdirinin müavini, 1997-ci ildə Prezident Administrasiyası rəhbərinin müavini olub. 1998-də Prezident Administrasiyası rəhbərinin birinci müavini vəzifəsinə keçib. Həmin ilin yayında Federal Təhlükəsizlik Xidmətinin direktoru olub. 1999-cu ilin martından isə həm də Rusiya Təhlükəsizlik Şurasının katibi işləyib.
1999-cu il avqustun 9-da Rusiya Nazirlər Kabineti sədrinin birinci müavini, avqustun 16-da isə baş nazir təyin olunub. 1999-cu il dekabrın 31-də prezident Boris Yeltsin istefa verib və növbədənkənar seçkiyə qədər prezident vəzifəsinin icrası Vladimir Putinə tapşırılıb. 2000-ci il martın 26-da prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.
2008-ci ilin mayından Rusiyanın baş naziri olub. 2012-ci il martın 4-də yenidən prezident seçilib.
Putin hədiyyələrə özəl münasibət göstərir. Rəsmi hədiyyələr dövlət mülkiyyəti olur. O, ev heyvanlarını çox sevir.Ötənlərdə Moskva vilayətinin qubernatoru Sergye Şoyqu ona at həddiyə edib. Xanımı Lyudmila Putina isə karlik at bağılaşyıb. V.Putinin 50 yaşı olanda isə Moldovanı o vaxtkı prezidenti Vladimir Voronin ona diri timsah bağışlamış və bildirmişdi:«Timsah yeganə heyvandır ki,geri hərəkət etmir».
# 1367

Oxşar yazılar