Metropolitendən rəsmi açıqlama gəldi – YENİLƏNİB
28 sentyabr 2012 10:38 (UTC +04:00)

Metropolitendən rəsmi açıqlama gəldi – YENİLƏNİB

Bu gün saat 6:44-də “Azərenerji” sitemində baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilməsi kəsildiyindən Bakı Metropoliteninin də fəaliyyəti məcburi dayanıb.

Bakı Metropolitenindən Lent.az-a verilən məlumata görə, həmin vaxt Bakı metropolitenin tunellərində qalan sərnişinlər təhlükəsizlik qaydalarına müvafiq surətdə tunel və stansiyalardan təxliyyə olunublar.

Hadisə nəticəsində heç bir sərnişinin xəsarət almayıb. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra saat 7:50-dən hissə-hissə gərginliyin verilməsinə başlanıb. 9:30-da qatarların fəaliyyətini bərpa etmək üçün təmas xəttinə tələb olunan gərginlik verildikdən sonra qatarların hərəkəti 9:45-də bərpa olunub, sərnişinlər stansiyalara buraxılıblar.


***
28 Sentyabr 2012 10:06

Azərbaycanın enerji sistemində yaranan problemlər nəticəsində fəaliyyətini dayandıran Bakı Metropoliteni artıq işini bərpa edib.

Bu barədə «APA-ECONOMICS»ə metropolitenin dispetçer xidmətindən bildirilib.

Xidmətdən verilən məlumata görə, artıq saat 09:30-dan etibarən metronun bütün stansiyalarında iş bərpa olunub.

Xatırladaq ki, bu gecə Mingəçevirdəki «Azərbaycan» İstilik Elektrik Stansiyasının ildırım vurması nəticəsində respublikanın bəzi ərazilərinin, o cümlədən Bakının enerji təminatında problemlər yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5919

Oxşar yazılar

Ağstafada maşın gənc oğlanı vurub öldürdü

Ağstafada maşın gənc oğlanı vurub öldürdü

1 avqust 2025 , 01:17
Yevlaxda DƏHŞƏT:  ata intihar etdi, əlil qızı acından öldü

Yevlaxda DƏHŞƏT: ata intihar etdi, əlil qızı acından öldü

31 iyul 2025 , 22:43
Lerikdə 53 yaşlı rabitəçini "tok" vurub  öldürdü

Lerikdə 53 yaşlı rabitəçini "tok" vurub öldürdü

31 iyul 2025 , 22:30
Aeroport yolunda maşın yandı

Aeroport yolunda maşın yandı

31 iyul 2025 , 20:20
Bakıda bağ evində  meyit tapıldı

Bakıda bağ evində meyit tapıldı

31 iyul 2025 , 19:33
Şirvanda FACİƏ:  15 yaşlı qız 5-ci mərtəbədən yıxıldı

Şirvanda FACİƏ: 15 yaşlı qız 5-ci mərtəbədən yıxıldı

31 iyul 2025 , 18:50
İsmayıllıda gənc oğlan çayda batdı

İsmayıllıda gənc oğlan çayda batdı

31 iyul 2025 , 17:34
Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

31 iyul 2025 , 16:30