Prokurorluqdan Sevinc Babayevanın həbsi xəbərinə münasibət-YENİLƏNİB
27 sentyabr 2012 23:05 (UTC +04:00)

Prokurorluqdan Sevinc Babayevanın həbsi xəbərinə münasibət-YENİLƏNİB

Baş Prokurorluq Sevinc Babayevanın həbs edilməsi barədə yayılan informasiyalara münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, bəzi KİV-də M.Ə. Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayevanın həbs olunması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Bu məlumat doğru deyil və tərəfimizdən təkzib olunur”.

E. Sultanov həmçinin KİV nümayəndələrinə müraciət edərək, onları hadisələri qabaqlamamağa və səbirlilik nümayiş etdirməyə çağırıb.

Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.


***
Qeyri-rəsmi məlumata görə, millət vəkili Gülər Əhmədova ilə ABU-nun rektoru Elşad Abdullayevin məlum olayda vasitəçilik edən Sevinc Babayeva həbs olunub.

Aznews xəbər verib ki, axşam saatlarında daxil olduğu üçün rəsmi qurumlarla əlaqə saxlayıb təfərrüatları öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, Azərbaycanda fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə bağlı yayınladığı video ölkə gündəmini zəbt edib. Sentyabrın 25-də internetdə açıqlanan videoda Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva da görüntülənib. Videomaterialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5094

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29