BMT əməkdaşının anasının qatilinə ömürlük həbs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində BMT əməkdaşının anasını qətlə yetirməkdə təqsirləndirilən Natiq Hümbətova hökm oxunub. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən Natiq Hümbətov ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 23 yaşlı Natiq Hümbətov fevralın 17-də 74 yaşlı Elmira İsmayılovanı qarət məqsədi ilə qətlə yetirib. N. Hümbətov istintaqa verdiyi ifadəsində qadını öldürmək üçün mənzilə daxil olanda özü ilə benzin də götürdüyünü bildirib. Qadını yaşadığı evin mətbəxində öldürdükdən sonra N. Hümbətov izi itirmək məqsədi ilə mənzili yandırmaq qərarına gəlib. Bu niyyətlə o özü ilə gətirdiyi benzini meyitin üzərinə və otaqlara töküb.
N. Hümbətov meyitə od vuraraq evdə olan 25 min manatı götürmək istəyib. Lakin alov sürətlə bütün evi bürüyüb, bundan təlaşa düşən N. Hümbətov pulu götürmədən evdən çıxıb.
Xatırladaq ki, qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.

Oxşar yazılar

Bakıda "avtoşluq" edən motosiklet sürücüləri həbs edildi - VİDEO
12 may 2025 , 10:02
Göyçayda 50 yaşlı kişi ağacdan yıxılaraq öldü
12 may 2025 , 09:34
DTX xaricdə gizlənən xeyli sayda terrorçunu həbs etdi
12 may 2025 , 09:19
Şirvanda AĞIR QƏZA: ölən və yaralanan var
12 may 2025 , 05:42
Göyçayda güclü yanğın əmlak sahibinə ciddi ziyan vurdu - FOTO
12 may 2025 , 00:22
Ağsuda 50 yaşlı kişi ağac parçası ilə döyüldü
11 may 2025 , 22:41Tərtərdə dolu ciddi fəsadlar törətdi - VİDEO
11 may 2025 , 21:57