Bakıda qanunsuz totalizator fəaliyyəti göstərən iki obyekt aşkarlandı
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Vergilər Nazirliyi yanında vergi Auditi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 30A, ev 29 ünvanında vergi nəzarəti tədbirləri həyata keçirilərkən Qafarov Şahin Ələsgər oğluna (VÖEN 1302699892) və Quliyev Orxan İbrahim oğluna (VÖEN 1001364012) məxsus obyektlərdə qanunsuz totalizator oyunlarının təşkil edildiyi aşkarlanıb.
“Real” adı ilə qanunsuz totalizator fəaliyyəti göstərən Şahin Qafarova məxsus obyektdə nəzarət tədbiri keçirilərkən obyektin qanunsuz fəaliyyətini təsdiq edən 4 ədəd kompüter dəsti, noutbuk, televizor, “qara mühasibatlıq” sənədləri və nağd pul vəsaitləri aşkar edilərək vergi əməkdaşları tərəfindən müvafiq sənədləşmələr aparılaraq götürülüb. Həmin gün eyni ünvanda Orxan Quliyevə məxsus “Maxsimus” adlanan digər obyektdə də qanunsuz olaraq totalizator oyunlarının keçirildiyi aşkarlanıb. Obyektin qanunsuz fəaliyyətini təsdiq edən 2 ədəd kompüter dəsti, televizor, boş və yazılı uduş kuponları, nağd pul vəsaitləri müvafiq qaydada rəsmiləşdirilərək götürülüb. Keçirilən tədbir zamanı hər iki şəxsin nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi də müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb.
Vergilər Nazirliyi qanunsuz fəaliyyət göstərən şəxslərə qarşı mübarizəni davam etdirir və xəbərdarlıq edir ki, vergi qanunvericiliyinin pozulması hallarına qarşı gələcəkdə də sərt tədbirlər görəcək.

Oxşar yazılar

Şirvanda AĞIR QƏZA: ölən və yaralanan var
12 may 2025 , 05:42
Göyçayda güclü yanğın əmlak sahibinə ciddi ziyan vurdu - FOTO
12 may 2025 , 00:22
Ağsuda 50 yaşlı kişi ağac parçası ilə döyüldü
11 may 2025 , 22:41Tərtərdə dolu ciddi fəsadlar törətdi - VİDEO
11 may 2025 , 21:57
“Range Rover” “Opel”lə toqquşdu- 3 ağır yaralı var
11 may 2025 , 19:36
Sumqayıtda yola avtomobil yağı dağılıb-YENİLƏNİB
11 may 2025 , 19:23
Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO
11 may 2025 , 14:16