Elşad Abdullayevin prokuror qardaşından açıqlama
Son günlər rüşvət mövzusu ilə gündəmə gələn Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşının hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışdığı məlum olub. APA-nın əldə etdiyi məlumata görə, Abdullayev Elsevər İslam oğlu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır. Son hadisələrdən sonra onun tutduğu vəzifədən uzaqlaşdırılacağı barədə məlumatlar yayılıb.
Elsevər Abdullayev isə APA-ya açıqlamasında onun işdən çıxarılması ilə bağlı məlumatları təkzib edib: “Mən hazırda iş başındayam”.
O, həmçinin qardaşı Elşad Abdullayevlə normal münasibətlərinin olduğunu açıqlayıb: “Elşad mənim qardaşımdır. Qardaşların münasibəti necə ola bilər ki?”
Qeyd edək ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.
G. Əhmədova isə APA-ya açıqlamasında video materialın montaj olduğunu deyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə isə, müvafiq ekspertizalar keçirildikdən və digər zəruri prosessual araşdırmalar aparıldıqdan sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaq.

Oxşar yazılar

Şirvanda AĞIR QƏZA: ölən və yaralanan var
12 may 2025 , 05:42
Göyçayda güclü yanğın əmlak sahibinə ciddi ziyan vurdu - FOTO
12 may 2025 , 00:22
Ağsuda 50 yaşlı kişi ağac parçası ilə döyüldü
11 may 2025 , 22:41Tərtərdə dolu ciddi fəsadlar törətdi - VİDEO
11 may 2025 , 21:57
“Range Rover” “Opel”lə toqquşdu- 3 ağır yaralı var
11 may 2025 , 19:36
Sumqayıtda yola avtomobil yağı dağılıb-YENİLƏNİB
11 may 2025 , 19:23
Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO
11 may 2025 , 14:16