Bakı–Sumqayıt yolunda dəhşətli qəza - FOTO
Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Masazır qəsəbəsindən gələrək, Bakı – Sumqayıt yolunu keçmək istəyən 90 NJ 099 nömrəli “Audi” ona yer verməli olan 10 EZ 524 nömrəli “Moskviç”lə toqquşub.
Nəticədə “Moskviç”in sürücüsü avtomobildən ölümcül vəziyyətdə yerə yıxılıb. Onun sərnişinləri – təqribən 50 yaşlı qadın və 10 – 15 yaşlı oğlan və qız isə yaralanıb. Hadisə yerinə təcili yardım gəlib. Sürücü və sərnişinləri hadisə yerindən yaxınlıqdakı xəstəxanaya aparılıb.
Tamamilə yararsız vəziyyətə düşən “Moskviç” yolu bağladığından, onu sürüyərək kənara çəkiblər. Sürücülərin şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayıb. Lakin hadisə yerinə toplaşanlardan bəziləri ölümcül yaralı sürücünü tanıyıb. 50-55 yaşlı kişinin Balakişi adlı Xırdalan sakini olduğu deyilir. “Audi”nin isə sol tərəfi əzilib, sürücü isə heç bir xəsarət almayıb.
Ekspert hadisə yerindən fotogörüntülər çəkib, faktla bağlı araşdırma aparılır.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO
27 iyul 2025 , 12:37Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO
27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı
27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ oldu
27 iyul 2025 , 06:20