İcra başçısının müavinləri yol qəzasına düşdülər
Azərbaycanın Ucar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mərkəzi Aran bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Ucar-Zərdab əsas magistral yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib.
Ucar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Vaqif Mehdiyevin idarə etdiyi 10 AE 145 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil əks istiqamətdə hərəkət edən Qazyan kənd sakini Mahmud İbrahimovun idarə etdiyi 23 T 289 dövlət nömrə nişanlı traktorla toqquşub. Nəticədə V.Mehdiyev və sərnişini, Ucar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Əbil Mehdiyev müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən Ə.Mehdiyevin vəziyyəti ağır qiymətləndirilir.
Məlumata görə, hər iki müavin Qazyan kəndində məktəb açılışına gedirlərmiş.

Oxşar yazılar

Bakıda FACİƏ: 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü
12 may 2025 , 10:22
Bakıda "avtoşluq" edən motosiklet sürücüləri həbs edildi - VİDEO
12 may 2025 , 10:02
Göyçayda 50 yaşlı kişi ağacdan yıxılaraq öldü
12 may 2025 , 09:34
DTX xaricdə gizlənən xeyli sayda terrorçunu həbs etdi
12 may 2025 , 09:19
Şirvanda AĞIR QƏZA: ölən və yaralanan var
12 may 2025 , 05:42
Göyçayda güclü yanğın əmlak sahibinə ciddi ziyan vurdu - FOTO
12 may 2025 , 00:22