Azərbaycanda 11 yaşlı qız intihar edib
14 sentyabr 2012 17:28 (UTC +04:00)

Azərbaycanda 11 yaşlı qız intihar edib

Azərbaycanın Tovuz rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə sentyabrın 13-də rayonun Alakol kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Elnarə Fikrət qızı Abbasova yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Prokurorluqdan həmçinin bildirilib ki, mərhum sabah 6-cı sinfə gedəcəkdi.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3523

Oxşar yazılar