“Euro-Azia-Az” MMC-nin direktorunun işi məhkəməyə göndərilib
“Euro-Azia-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İlqar Yusifovun xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş Bakı şəhər sakinindən rüşvət alması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, istintaqla müəyyən edildiyi kimi İ.Yusifov vəzifə səlahiyyətlərindən sui-istifadə edib cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımov və qeyriləri ilə cinayət əlaqəsinə girərək xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət alıb.
İ.Yusifov həmçinin ayrı-ayrı şəxslərin heç bir yerdə işləmədikləri və banklarda şəxsi pul hesablarının olmamasına baxmayaraq, guya onların iş yeri və banklarda şəxsi hesablarının olmasına dair saxta arayışlar hazırlayaraq vəzifə saxtakarlığına yol verib.
İ.Yusifov və M.Qasımova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxşar yazılar

Bakıda "avtoşluq" edən motosiklet sürücüləri həbs edildi - VİDEO
12 may 2025 , 10:02
Göyçayda 50 yaşlı kişi ağacdan yıxılaraq öldü
12 may 2025 , 09:34
DTX xaricdə gizlənən xeyli sayda terrorçunu həbs etdi
12 may 2025 , 09:19
Şirvanda AĞIR QƏZA: ölən və yaralanan var
12 may 2025 , 05:42
Göyçayda güclü yanğın əmlak sahibinə ciddi ziyan vurdu - FOTO
12 may 2025 , 00:22
Ağsuda 50 yaşlı kişi ağac parçası ilə döyüldü
11 may 2025 , 22:41Tərtərdə dolu ciddi fəsadlar törətdi - VİDEO
11 may 2025 , 21:57