![Əsgəri döyən bölük komandiri həbs edildi](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Əsgəri döyən bölük komandiri həbs edildi
Qurumun mətbuat xdmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin Naxçıvandakı «N» saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmətdə olmuş əsgəri İsmayıl İbayevin ölümü ilə əlaqədar cinayət işinin istintaqı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda davam etdirilir.
Əsgər İsmayıl İbayevin ölməsi faktına görə 31 iyul 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyinə əsasən müəyyən olunub ki, mərhum İ.İbayevin ölümünə səbəb baş beyin toxumasının dağılması, massiv qan itirmə, kəllə qapağı sümüklərinin sınığı ilə müşayiət olunan, başın bir ədəd dəlib keçən odlu silah-güllə yaralanması olub.
Aparılmış istintaqla müəyyən edilib ki, “N” saylı hərbi hissənin bölük komandiri kapitan Rövşən Ataşov Hərbi Nizamnamə qaydalarını pozaraq tabeliyində olan mərhum əsgər İsmayıl İbayevi bir neçə dəfə sillə ilə vuraraq döyüb. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan mərhum əsgər İsmayıl İbayevi döydüyü üçün kapitan Rövşən Ataşov 31 avqust 2012-ci il tarixdə CM-nin 331.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir.
Mərhum əsgərin valideynləri oğluna xidmət yerində işgəncə verilməsi, onun komandiri tərəfindən öldürülməsi və daxili orqanlarının çıxarılaraq satılması barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət edərək oğlunun meyitinin ekshumasiya edilməsini xahiş ediblər. 7 sentyabr 2012-ci il tarixdə mərhum əsgər İsmayıl İbayevin valideynlərinin, nümayəndəsinin, müstəntiqin, prokuror-kriminalistin, məhkəmə-tibbi ekspertin və məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun olaraq foto, video və digər yazan texniki vasitələrdən istifadə olunmaqla meyit qəbirdən çıxarılıb müayinə olunarkən meyitin daxili orqanlarının yerində olduğu təsdiq edilmiş, əsgərin atası Rafiq İbayevin ərizəsində göstərilən digər xüsusatların yoxlanılması üçün mərhum əsgərin daxili orqanlarından nümunələr götürülərək komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Mərhum əsgər İsmayıl İbayevin meyitinin təkrar məhkəmə-tibbi müayinəsinin nəticələrinə əsasən valideynlərinin ərizəsində meyitin daxili orqanlarının çıxarılaraq satılması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmayıb. Məlumatda bildirilir ki, bu cür halların ordumuza qarşı müntəzəm olaraq qeyri-sağlam münasibətdə olan müxtəlif qruplar tərəfindən uydurulan şayiələrdir. Ümumi dünyagörüşü olan hər bir şəxsə məlumdur ki, ölmüş adamın hər-hansı orqanlarının başqa şəxsə köçürülməsi absurt iddiadan başqa bir şey deyildir.
Respublika Hərbi Prokurorluğunun Mətbuat xidməti çox təəssüflə əlavə olaraq bildirir ki, Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəisi tərəfindən meyitin müayinəsi zamanı qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilən tədbirlər barədə kütləvi-informasiya vasitələrinə kifayət qədər ətraflı məlumat verilsə də, əsgərlərin daxili orqanlarının çıxarılıb satılması barədə hələ də bəzi informasiya vasitələrində bilərəkdən və ya bilməyərəkdən həqiqətə uyğun olmayan yazılar, yanlış məlumatlar yayılır.
Respublika Hərbi Prokurorluğu bir daha bəyan edir ki, kütləvi informasiya vasitələrində heç bir fakta əsaslanmayan, reallığı əks etdirməyən bu cür məlumatların dərc edilməsi yolverilməzdir.

Oxşar yazılar
![Ağstafada toyda kütləvi zəhərlənmə -YENİLƏNİB-2](https://lent.az/storage/news/2024/june/22/big/6677091c574236677091c5742417190771486677091c5741c6677091c57420.jpg)
Ağstafada toyda kütləvi zəhərlənmə-YENİLƏNİB-2
23 iyun 2024 , 00:14![Sumqayıtda FACİƏ: Özünü çardaqda asdı](https://lent.az/storage/news/2024/june/22/big/6676a2b08c4406676a2b08c44217190509286676a2b08c43b6676a2b08c43e.jpg)
Sumqayıtda FACİƏ: Özünü çardaqda asdı
22 iyun 2024 , 19:57Müğənnini döyüb zorlayan azərbaycanlı 17 il sonra tutuldu
22 iyun 2024 , 19:21![Bakıda KURYOZ HADİSƏ: marketdən 200 manatlıq şokolad oğurladı](https://lent.az/storage/news/2024/june/22/big/6676bb50e28cf6676bb50e28d017190572326676bb50e28c96676bb50e28cc.jpg)
Bakıda KURYOZ HADİSƏ: marketdən 200 manatlıq şokolad oğurladı
22 iyun 2024 , 18:48![Evin pəncərəsindən baxıb etikasız hərəkətlər edən saxlanıldı](https://lent.az/storage/news/2024/june/22/big/6676e2eda21a66676e2eda21a717190673736676e2eda21a06676e2eda21a3.jpg)
Evin pəncərəsindən baxıb etikasız hərəkətlər edən saxlanıldı
22 iyun 2024 , 18:42![Binəqədidə yük maşınının vurduğu qadın öldü](https://lent.az/storage/news/2024/june/22/big/6676cf54baed76676cf54baed817190623566676cf54baed16676cf54baed4.jpg)
Binəqədidə yük maşınının vurduğu qadın öldü
22 iyun 2024 , 17:19![20 yaşlı oğlana “narkoz” verib cinsini dəyişdilər: Tanışı ona görün nə təklif etdi](https://lent.az/storage/news/2024/june/22/big/6676717e36fd56676717e36fd617190383346676717e36fcf6676717e36fd2.jpg)
20 yaşlı oğlana “narkoz” verib cinsini dəyişdilər: Tanışı ona görün nə təklif etdi
22 iyun 2024 , 17:10![Buzovna çimərliyində 3 nəfərin batmasının qarşısı alındı -VİDEO](https://lent.az/storage/news/2024/june/22/big/6676b7a5167db6676b7a5167dd17190562936676b7a5167d56676b7a5167d8.jpg)