
Bakı metrosunda polisi döyüb, poqonunu cırdılar - EKSKLÜZİV
Bakı Metropolitenində polislə vətəndaşlar arasında insident baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, metronun “Nizami” stansiyasında 2 nəfər şəxs ictimai asayişi pozduğuna görə polis serjantı tərəfindən intizama dəvət olunub. Bu zaman sərxoş vəziyyətdə olan həmin şəxslər onlara irad tutan polis serjantı Natiq Dərəcanovun yaxasından yapışıblar. Onlar polis nəfərini vuraraq, ona xəsarətlər yetiriblər. Sonra isə həmin şəxslər polis serjantının formasındakı poqonları və şevronu cırıblar.
Hadisəni törədən şəxslər tutulub.
Fakt üzrə hüquq-mühafizə orqanlarında araşdırmalar başlanılıb.
Nizam RZA
Hadisəni törədən şəxslər tutulub.
Fakt üzrə hüquq-mühafizə orqanlarında araşdırmalar başlanılıb.
Nizam RZA
Oxşar yazılar

Kamran Əliyev bu cinayət işləri ilə bağlı tapşırıq verdi
8 avqust 2025 , 16:10
Lotereya oğrusu TUTULDU
8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ
8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ
8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT
8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə
8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB
8 avqust 2025 , 09:58